Top.Mail.Ru

Uncategorized

“20 milyon vəsaiti talayıblar” » DataLife Engine

Qorxmaz Hüseynov və qardaşından İlham Əliyevə şikayət: "20 milyon vəsaiti talayıblar"

Məcburi köçkün: “Birinci Vitse-prezidentə və Baş Prokurora da müraciət etmişəm”

Bakının Sabunçu rayonu Ramana qəsəbəsindəki “Şuşa” şəhərciyində yaşayan Füzuli rayonu Böyük Bəhmənli kəndindən olan məcburi köçkün Elnur Mənsur oğlu İsmayılov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovla bağlı yenidən ölkə başçısına şikayət məktubu göndərib.
Bu barədə Arqument.az-a Elnur İsmayılov özü məlumat verib.
Məktubunun bir nüsxəsini Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevaya, digər nüsxəsini isə Azərbaycan Respublikasının BaşProkuroru Zakir Qaralova ünvanladığını deyən İsmayılov 2014-cü ildən iki məmur qardaşın – Qorxmaz Hüseynov və Faiq Hüseynovun əməllərindən şikayət etdiyini yazır:
“Cənab Prezident, mən 2014-ci ildən düçar olduğum haqsızlıqlara qarşı bu günə qədər çalışsam da, müsbət nəticə əldə edə bilməmişəm. Prokurorluq orqanları və məhkəmələr təkzibolunmaz faktların araşdırılmasının qarşısında aciz qalıblar. Onlar Faiq Hüseynovun və qardaşı “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun sifarişlərini yerinə yetirirlər. Mən isə sifariş yerinə yetirən, nankor və Azərbaycan Respublikasının qanunlarını satan məmurların yarıtmaz fəaliyyəti ucbatından hüquqlarımı Avropa Məhkəməsində və beynəlxalq təşkilatlarda axtarmaq məcburiyyətində qalmışam. Çünki bu günəcən aidiyyatlı orqanlara 300-ə yaxın müraciət və şikayət ünvanlasam da, heç bir münasibət bildirilməyib”.

Loading...
Yazının davamı reklamdan sonra

“Korrupsiya faktlarını aşkarladım və etiraz etdim”

E. İsmayılov deyir ki, onu çalışdığı qurumdakı korrupsiya faktlarına etiraz etdiyi üçün işdən uzaqlaşdırıblar: “Mən ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin Kəşfiyyat Geofizika İdarəsinin rəis müavini vəzifəsində işləyərkən, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı – Geofizika və Geologiya İdarəsinin rəis müavini işləyən Faiq Hüseynov tərəfindən qanunsuz olaraq “ştat ixtisarı” adı altında işdən azad olunmuşam. İşdən çıxarılmağıma səbəb o olub ki, mən Faiq Hüseynovun idarənin külli miqdarda əmlakını talaması barədə onun özünə bildirmişəm. O da mənim “ağzımı yummaq” və idarədən bir dəfəlik uzaqlaşdırmaq üçün asan yol seçərək “ştat ixtisarı” bəhanəsi ilə məni qanunsuz yolla işdən çıxarıb. Baxmayaraq ki, mən ali təhsilli mütəxəssisəm, məcburi köçkün statusum var və biri anadangəlmə qüsurlu olan 2 azyaşlı uşağım var, ailədə işləyən də təkcə mənəm”.

“25-dən çox obyekt inşa etdirib, qohumlarının adına sənədləşdirib”

“Məni “ixtisara” salan Faiq Hüseynovun özü, “Azərsu” ASC-də müxtəlif vəzifələrdə işləyən 10 nəfər qohumu, qapısını tanımadıqları “Təfəkkür” Universitetindən “optom” əldə etdikləri diplomları ilə istənilən vəzifəyə uyğunlaşdırılıb dövlətin əmlakını talamaqda davam edirlər. Belə ki, Faiq Hüseynov qohumları-dostları vasitəsilə GGİ-dən ümumilikdə tender yolu ilə satınalmaları həyata keçirərkən, 20.000 000 (iyirmi milyon) manat məbləğindən çox qiymətləndirilən vəsaiti talayıb öz mənafeləri üçün istifadə etmişlər: Bakı şəhərində 25-dən çox obyekt (hamamlar, kafe-restoranlar, mebel mağazaları, apteklər və digər özəl tibb müəssisələri və s.) inşa etdirib, dost-qohumlarının adına sənədləşdirib və icarəyə verib. Bir sıra obyektləri isə qardaşı Qorxmaz Hüseynovun rəhbərlik etdiyi “Azərsu” ASC-nə icarəyə verib. Həmin obyektləri Faiq Hüseynov vəzifəsindən sui-istifadə etməklə əldə etdiyi pulların hesabına inşa etdirib. Göstərdiklərim mənim iştirakımla araşdırılarsa, sübuta yetirərəm”, – Elnur İsmayılov yazır.

“FHN-də sənədləşdirdiyi qayığa oğlu Fərhadın adını verib”

O bildirir ki, tutduğu vəzifədən qanunsuz olaraq çıxarılması ilə bağlı müvafiq orqanlara məlumat versə də, işə qaytarılması, həmçinin Faiq Hüseynov barədə heç bir tədbir görülməyib: “Aşağıda adını sadalayacağım idarəyə lazım olan avadanlıq və materialların yüksək keyfiyyətli, zavod istehsalı və münasib qiymətə olmasını F.C.Hüseynova bildirməyimə baxmayaraq, F.C.Hüseynov özünün təşkil etdirdiyi “ASTRA” MMC və digər aralıq müəssisələr vasitəsilə qiymətlərin dəfələrlə şişirdilməsi yolu ilə, kustar üsulla hazırlanmış və Çin istehsalı olan malları alıb ki, bu hallara da öz etirazımı bildirmişəm. Bu malların bir hissəsini adları, alınma tarixləri, qaimə nömrələri, alış qiymətləri və real qiymətləri ilə cədvəl formasında sizə təqdim edirəm:

Kainat.tv

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button