Top.Mail.Ru
Uncategorized

Sabahdan hava sərinləyir » DataLife Engine

Sabahdan hava sərinləyir

İyun ayının ilk günlərindən davam edən isti hava dalğasının təsiri səngiyəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda deyilir. Bildirilir ki, Bakıda və Abşeron yarımadasında iyunun 29-u axşamdan iyulun 2-si gündüzədək şimal küləyi güclənəcək, iyunun 30-u bəzi yerlərdə daha güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə, tədricən 5-10 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında iyunun 29-u axşamdan iyulun 2-dək arabir yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və selə keçəcəyi ehtimal olunur.

Kainat.tv

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir