Top.Mail.Ru

Uncategorized

Cəlilabadda kütləvi zəhərlənmə ilə bağlı

Cəlilabadda kütləvi zəhərlənmə ilə bağlı - Rəsmi açıqlama

Cəlilabad Rayon Prokurorluğu rayon ərazisindəki mağazada baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.

Rayon Prokurorluğundan verilən məlumata görə, fevralın 28-də şəhər ərazisində yerləşən “GREEN STORE” mağazası işçilərinin kimyəvi maddələrlə zəhərlənmələri faktı ilə bağlı araşdırma aparılır.

Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, baxış zamanı maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub.

Loading...
Yazının davamı reklamdan sonra

Hadisə ilə bağlı izahatlar alınıb, mağazada quraşdırılan müşahidə kameralarının video görüntüləri götürülüb.

Xatırladaq ki, fevralın 28-də axşam saatlarında şəhər ərazisində yerləşən “GREEN STORE” mağazası işçiləri arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.

Hadisə nəticəsində mağazanın 15 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button