Top.Mail.Ru

Uncategorized

Təcrübəçi tələbələri “Sədərək”də buklet paylamağa göndərən “Nikoil Bank”

Təcrübəçi tələbələri “Sədərək”də buklet paylamağa göndərən “Nikoil Bank” - GİLEY

Azərbaycanın dinamik inkişafı, modernləşməsi, uğurlu gənclər siyasəti dövlətin əsas istiqamətlərindən, prioritetlərindən biridir. Dövlət gənclərin maraqlarına uyğun, onların azad fəaliyyəti və seçim etməsi, istədikləri təhsilə, peşəyə yiyələnməsi üçünmüxtəlif şərait yaradır. Bir sözlə, gənclər siyasətiAzərbaycanın əsas prinsipləri üzərində qurulub. Gənclərin özlərini lazımi səviyyədə önə çəkməsi gələcəkinkişafdan xəbər verir desək yanılmarıq.

Təbii ki, könüllü və ya təcrübəçi adı ilə işə dəvət edib, sonra isə qul işlədilməklə yox…
Sözümün canı var… Belə ki, 2-ci kurs tələbəsi olan Jalə Rzayeva könüllü fəaliyyət üçün “Nikoil Bank”ın elanına uyğun CV göndərib və iş üçün müraciət edib. Lakin tələbə gördüyü mənzərə qarşısında çox məyus olub və bununla bağlı feysbuk hesabında paylaşıb. Şikayətçi “Nikoil Bank”a təcrübəçi kimi müraciət edərək, bankçılıqla bağlı bilgilər öyrənmək istədiyi halda, ona buklet paylamaq tapşırılıb. “Sədərək” ticarət mərkəzində baş tutacaq bu fəaliyyətə görə isə “təcrübəçilər”ə 90 manat aylıq ödəniş ediləcəyi deyilib. Jalə Rzayeva buklet paylamaqla nə öyrənəcəklərini soruşduqda isə “Siz müştərilərlə ünsiyyət qurma bacarığına sahib olacaqsınız” cavabı alıb. Onun sözlərinə görə, 15-ə yaxın başqa tələbə də həmin elan üçün banka üz tutub. Ancaq həmin tələbələr baş verənlərə reaksiya verməyib və xanım şikayətçimizdən məsələ ilə bağlı maraqlanmağı xahiş ediblər.
“Müvəkkil” Hüquq Evinin rəhbəri Səməd Vəkilov mövzu ilə əlaqədar İqtisadiyyat.Az-a açıqlama verərkən kommersiya təşkilatında könüllü fəaliyyətin və bu ad altında könüllünü muzdlu işə cəlb etməyin qanuna zidd olduğunu bildirib:
“Kommersiya qurumunda heç bir halda könüllü xidmətdən söhbət gedə bilməz. Burada söhbət işçi və işəgötürən münasibətlərindən gedir. Əməyin ödənilməsi maaş və günəmuzd şəklində həyata keçirilir. Könüllülük adı altında aparıb işçiləri işlətməklə qanunu pozublar. İnzibati xətadır və fiziki şəxslər üçün böyük miqdarda cəriməsi var. Bank hüquqi şəxs olduğu üçün bu pozuntunun cəriməsi 25 min manatdır”.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Kainat.tv

Təcrübəçi tələbələri “Sədərək”də buklet paylamağa göndərən “Nikoil Bank” - GİLEY

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close
Back to top button