Top.Mail.Ru

Uncategorized

Şirvanda “VAZ 2107” YPX əməkdaşını belə vurdu – VİDEO » DataLife Engine

Şirvanda “VAZ 2107” YPX əməkdaşını belə vurdu – VİDEO

Şirvan şəhərində Yol Patrul Xidməti (YPX) əməkdaşını “VAZ 2107” markalı avtomobil vurub.

AzEuroNews.com xəbər verir ki, hadisə bir neçə saat əvvəl Şirvan şəhəri, “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında qeydə alınıb. Belə ki, ərazidə baş verən qəzanın fotosunu çəkmək üçün hadisə yerinə gələn YPX-nin 1988-ci il təvəllüdlü əməkdaşı Babayev Toğrul Ağasəfər oğlunu yoldan keçən “VAZ 2107” markalı avtomobil vurub. Dərhal xəstəxanayana çatdırılan polis əməkdaşına müdaxilə edilib. Vəziyyəti ağır olan polis əməkdaşı paytaxt Bakıya gətirilib. Şirvan şəhər Polis Şöbəsindən AzEuroNews.com–a verilən məlumata görə, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşını vuran “VAZ 2107” markalı avtomobilin sürücüsü, Salyan rayonu 2-ci Varlı kənd sakini, Heydərov Emil Bəylər oğlu saxlanılıb. İlkin araşdırma zamanı onun əlil olduğu və sürücülük vəziqəsinin olmadığı müəyyən edilib.
Hazırda Faktla bağlı Şirvan Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Kainat.tv

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close
Back to top button