Top.Mail.Ru

Uncategorized

TANINMIŞ CƏNUBLU İŞ ADAMI MASALLININ POLİS RƏİSİNDƏN ŞİKAYƏT ETDİ » DataLife Engine

TANINMIŞ CƏNUBLU İŞ ADAMI MASALLININ POLİS RƏİSİNDƏN ŞİKAYƏT ETDİ

TANINMIŞ CƏNUBLU İŞ ADAMI PREZİDENTDƏN, 1-Cİ VİTSE PREZİDENTDƏN, BAŞ PROKURORDAN VƏ DAXİLİ İŞLƏR NAZİRİNDƏN KÖMƏK İSDƏDİ

Mediatv.az saytında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının tanınmış iş adamı, Masallı İstisu-“Fatimeyi-Zəhra” Şəfa Sanatoriyasının rəhbəri Hacı İldırım Allahyarova və digər cənublu sahibkarlara təzyiq göstərərək onlardan aylıq “taqsa” tələb etmələri və bu məqsədlərinə nail olmaq üçün tələblərinə boyun əyməyən şəxsləri təhqir etmək yolu ilə təxribata çəkməyə də cəhd etməkdən çəkinmədikləri barədə məqalə işıq üzü görəndən sonra məlum olmuşdur ki, AQTA regional bölməsinin əməkdaşlarının əməllərinə yerli polis də dəstək verir.
Hacı İldırım Allahyarov saytımızın əməkdaşına bildirmişdir ki, Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov 23.07.2019-cu il tarixdə axşam saat 17:00 radələrində onun arxasınca polis əməkdaşlarını göndərərək RPŞ-ə apartdırmış,Agentliyin vəzifəli şəxslərinin tələbinə niyə əməl etmədiyini soruşmuşdur. Onun sözlərinə görə, əsassız olaraq iki saatdan artıq saxlanıldığı polis şöbəsində olduğu müddət ərzində ona su içməyə belə imkan verməmişlər.İş adamı polis şöbəsində əsassız olaraq saxlanılmasını sanki azadlıqdan məhrum edilməsi kimi hesab edir.Şöbə rəisinin bu hərəkətləri qanunla bir çərçivəyə sığmır.Tanınmış iş adamının zorla polis şöbəsinə aparılması sanatoriyanın əməkdaşları tərəfindən video lentə alınmışdır.İldırım Allahyarov deyir:”Məndən soruşdular ki, niyə Agentliyin əməkdaşlarının tələbini yerinə yetirmirsən, bəyəm bilmirsən onlar dövlət qulluqçularıdır? Mən də dedim ki,bəs biz kimik-biz də dövlətimizin, Prezidentimizin iqtisadi siyasətini həyata keçirən,insanların məşğulluğunu təmin edən, ödədiyimiz vergilərlə büdcəmizin zənginləşməsinə xidmət edən sahibkarlarıq. Dövlətin,hökumətin qanuni tələblərini yerinə yetirməyə hər zaman canla-başla hazırıq, amma ayrı-ayrı vəzifəli şəxslərin korruptiv tələblərinə əməl etməyə borclu deyilik. Dedim ki, məni hamı halal adam kimi, hacı kimi tanıyır, haram yeməklə, haram yedizdirməklə aram yoxdur. Rəis isə cavabında mənə dedi ki, siz masallılı hacıları görəndən bəri, özüm Həccə getmək fikrimdən daşınmışam”.
Hacı İldırım Allahyarov bildirib ki, “qəlbinə şeytan girmiş” polis rəisi bu sözləri ilə cənub bölgəsinin imanlı adamlarının dürüstlüyünə inanmadığını nümayiş edirmişdir. İş adamı həmçinin Mediatv.az-a bildirmişdir ki, rəis H.Əmiraslanov onun kimi digər yerli sahibkarları da çağırtdırıb kabinetində “məşhər ayağı”na çəkir, aylıq “taqsa”ya otuzdurmağa çalışır və iş adamlarının bir çoxunu öz şərtlərinə tabe olmağa məcbur edə bilib.Hacı İldırım Allahyarov onu da bildirmişdir ki bir neçə iş adamı polis rəisi Habil Əmiraslanovun aylıq “taqsa” tələbi ilə razılaşmayaraq banklardakı hesab nömrəsini donduraraq rayonu tərk etmişdir.Bunun nəticəsində Masallı rayonunda iş yerləri bağlanmış,çoxlu insan işsiz qalmışdır.
Maraqlıdır, görəsən AQTA ilə Masallı RPŞ-ni prosessual münasibətlərdən başqa daha nə birləşdirir? Qidaların keyfiyyətinə nəzarət etməklə vəzifələndirilmiş qurumun əməkdaşları uzaqbaşı aşkarladıqları neqativ hallarla bağlı inzibati protokol tərtib etməli və məhkəməyə göndərməlidirlər. Burada polislik iş yoxdur.
Yəqin ki, bu insident və Masallı rayon Polis şöbəsinin rəisi Habil Əmiraslanovun qanuna zidd əməlləri Daxili İşlər Nazirliyində obyektiv araşdırılacaq,ölkə Prezidenti tərədindən yeni təyin olunmuş nazir cənab Vilayət Eyvazov çıxarılan nəticəyə uyğun olaraq polis rəisi Habil Əmiraslanovun barəsində gərəkən ölçünü götürəcəkdir.
Dəfələrlə Ümummilli liderimiz Heydər Əliyevlə görüşmüş,Ulu Öndərimizin layiqli davamçısı cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına yönəlik siyasətinə daim dəstək verən cənublu iş adamı Hacı İldırım Alahyarov söhbətinin sonunda əməkdaşımıza bildirib ki, həm birbaşa, həm də kütləvi informasiya vasitələri ilə ölkə başçısına, çox hörmətli Mehriban xanım Əliyevaya,baş prokurora və daxili işlər nazirinə rayon polis rəisinin qanunsuz əməllərindən şikayət edir və onun sahibkarlıq fəaliyyətinə mane olmamağı xahiş edir.

Kainat.tv

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close
Back to top button