Top.Mail.Ru

Uncategorized

Azərbaycanda şok: İt 81 yaşlı qadının qulağını qoparıb

Azərbaycanda şok: İt 81 yaşlı qadının qulağını qoparıb - VİDEO

Zaqatalada 81 yaşlı qadının qulağını it qoparıb.

Bu gün səhər saatlarında rayonun Əliabad qəsəbə sakini Pirdas İslam qızı İsrafilova heyvanları yemləyərkən ailəsinə məxsus itin hücumuna məruz qalıb. İt qadının sol qulağını dişləyərək qoparıb. Qadın Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Pirdas İsrafilovaya lazımı tibbi yardım göstərilib, qopmuş qulaq yeri cərrahi yolla tikilib. Xəstəxanadan bildirilib ki, ötən gün saat 20:30 radələrində rayonun Yuxarıçardaxlar kənd sakini, 2012-ci il təvəllüdlü Məryəm Vüqar qızı Xəlilova da it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub. Quduzluq əleyhinə peyvənd vurulduqdan sonra amblator müalicə almaq şərti ilə evə buraxılıb.

Kainat.tv

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu
Close
Back to top button