Əli Kərimlidən Rəsulzadəyə qarşı böyük hörmətsizlik » DataLife Engine

Bu, həmin Əli Kərimlidir ki, özünə lider seçdiyi Əbülfəz Elçibəyə xəyanət etməsi də yaddan çıxmayıb. Onu tanımaq üçün cəmi bir neçə dəqiqə yaxın keçmişə nəzərdə salmaq kifayətdir…
Amma, görünür zaman onu heç dəyişməyib və bu gün yenə öz ampluasında idi.
Oyunbaz Kərimli cümhuriyyətin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günündə iştirak etmək adı ilə bir qrup cəbhəçini başına yığaraq növbəti şousunu Novxanıda nümayiş etdirdi.
Qabaqcadan planlaşdırıldığı kimi zombiləşmiş cəbhəçilər Rəsulzadənin doğum günündə ilərdir dəyişilməyən, insanlarda ikrah doğuran “Azadlıq”, “Yaşasın, Əli bəy!”, “İstefa” kimi ucuz şüarları səsləndirməklə ictimai asayişi pozmağa, təxribata cəhd etdilər. Ərazidə olan polis əməkdaşları dərhal onlara müdaxilə edərək bu çirkin oyunun qarşısını aldılar.
Belə ki, Abşeron Rayon Polis İdarəsinin yaydığı rəsmi məlumata əsasən, yanvarın 31-də əvvəlcə Azərbaycan Xalq Partiyası 3, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası 25, sonra isə Müsavat Partiyası 125, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 135 – ümumilikdə 288 nəfərlə saat 11:00-dan 14:00-dək olan müddətdə Abşeron rayonunun Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçiriblər.
Əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, AXCP-nin aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək ictimai asayişi pozmağa cəhd ediblər. Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Göründüyü kimi, Əli Kərimlinin “sehirli çubuq”la idarə etdiyi cəbhəçilərin niyyəti heç də Rəsulzadəni yad etmək deyildi. Axı, belə olsaydı, digərləri kimi sivil şəkildə mərasimdə iştirak edib, ruhuna dualar oxuyub gedərdilər. Onlar isə utanmadan Rəsulzadənin anım gününü siyasi şouya, mitinq meydanına çevirərək onun xatirəsinə böyük sayğısızlıq etdilər.
Sual olunur: budurmu sizin cümhiyyət qurucusuna olan sevginiz? Sadəcə utancverici mənzərədir. Öz liderinə xəyanət edəndən başqa nə gözləmək olardı ki?!