Uncategorized
Azərbaycan “Formula-1”ə 60 milyon dollar xərcləyəcək?

AZXEBER.COM xəbər verir ki, Bakıdakı “Formula-1” yarışını təşkil edən “Baku City Circuit” qəzetdə dərc olunmuş yazı ilə bağlı bəyanat yayıb.
Bəyanatda yayılan xəbərin əsassız olduğu bildirilib: “Rusiya KİV-ində dərc olunan məlumat qeyri-rəsmidir və heç bir əsası yoxdur. Müqavilənin şərtləri tamamilə məxfidir və heç bir şəkildə rəsmən açıqlana bilməz.
Onu da bildiririk ki, müqavilə üzrə “Formula-1”in rəhbərliyi ilə aramızda heç bir uyğunsuzluq olmayıb və Azərbaycan Qran Prisinin keçirilməsi ilə bağlı bütün məsələlər konstruktiv dialoq yolu ilə həll olunur”.