Top.Mail.Ru

Uncategorized

Bayrağımızın Ermənistan bayrağının altından asılmasına etiraz etdi

Bayrağımızın Ermənistan bayrağının altından asılmasına etiraz etdi - Dediyini də elədi, çempion da oldu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranda keçirilmiş idman yarışında örnək ola biləcək addım atıb.

İdarədən Milli.Az-a verilən məlumata görə, Z.Salmanlı turnirin keçirildiyi məkanda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib. O, Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib.

Bayraq fərqli və daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli karate idman növü üzrə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button