Top.Mail.Ru
Uncategorized

Azərbaycanın 16 müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verildi

Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın 16 müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verib.

KAİM.az-ın məlumatına görə, bu barədə qurumun saytında bildirilib.

Məlumata əsasən, sözügedən 16 müəssisə noyabrın 1-dən başlayaraq bu ölkəyə pomidor ixrac edə biləcəklər.

Qeyd edək ki, Azərbaycan 2022-ci ilin aprelin 1-dək dəmir yolu vaqonları ilə Rusiyaya alma və pomidor tədarükünü davam etdirəcək və bu tarixdən sonra konteyner daşımalarına keçid nəzərdə tutulur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button