Top.Mail.Ru
Uncategorized

Qarabağda yol tikintisi nə vaxt başa çatacaq? – Türkiyə şirkətindən AÇIQLAMA

Türkiyənin “Proyapı” şirkəti Qarabağda yol infrastrukturu tikintisinin yaxın üç il ərzində başa çatacağını gözləyir.

KAİM.az xəbər verir ki, bunu şirkətin layihə meneceri Volkan Topaloğlu Trend-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, “Proyapı” 20 ildir ki, fəaliyyət göstərir və bu müddət ərzində avtomobil və dəmiryolu nəqliyyatı sahəsində bir sıra layihələr reallaşdırıb:

“Hazırda biz Qarabağda layihələrin reallaşdırılmasında iştirak edirik. Artıq “Zəfər yolu”nun tikintisi başa çatıb. Eyni zamanda Əhmədbəyli-Füzuli-Şuşa avtomagistralının tikintisi davam edir. Biz həm də Xudafərin-Qubadlı-Laçın, Xanlıq-Qubadlı, Toğanalı-Kəlbəcər, Kəlbəcər-Laçın, Əhmədbəylli-Horadiz-Mincivan-Ağbənd avtomobil yollarının tikintisi çərçivəsində məsləhət və layihələndirmə xidmətləri göstəririk”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button