Uncategorized
İranın yanacaq sistemini bu ölkələr çökdürüb

İranın yanacaq sisteminə kiberhücumun arxasında ABŞ və İsrail dayanır.
KAİM.az xəbər verir ki, bu sözləri İran Mülki Müdafiə Təşkilatının rəhbəri, briqada generalı Qulam Rza Cəlali deyib.
O bildirib ki, bundan öncə dəmiryol şirkətinə, ötən həftə isə yanacaq satışı sisteminə hücumun ABŞ və İsrail tərəfindən gerçəkləşdirildiyi araşdırmalarla təsdiqlənib.
Qeyd edək ki, iyunda Buşəhr AES-ə, iyulda Dövlət Dəmiryol Şirkətinə, 27 oktyabrda isə benzin satışı sisteminə kiberhücum həyata keçirilib.
Son hücum nəticəsində benzin satışı sistemi tam çökmüş və satış dayanmışdı.