Top.Mail.Ru
Uncategorized

Xocalı soyqırımından 27 il ötür » DataLife Engine

Xocalı soyqırımından 27 il ötür

Bu gün Bakıda faciənin ildönümü ilə bağlı izdihamlı yürüş keçiriləcək

Ötən əsrin ən dəhşətli hadisələrindən birinin – Xocalı soyqırımının törədilməsindən 27 il keçir. Bu gün paytaxtda “Xocalıya ədalət”devizi ilə yürüş keçirilməsi planlaşdırılır. Soyqırım 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı birləşmələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilib.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Həmin günlərdə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə 1003 Xocalı əsir-girovunu ermənilərin əlindən xilas edə bildi. Lakin əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı şəhəri 1991-cı ilin oktyabrından blokadada idi. Həmin ilin 30 oktyabrında şəhərlə avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq vertolyot əlaqəsi qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də uçmuşdu. Lakin həmin gün Ağdamdan Şuşaya “Mİ-8″ mülki vertolyotunun erməni terrorçuları tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulması Xocalıya uçuşlara da son qoydu. Həmin terror hadisəsi Şuşanın Xəlfəli kəndi yaxınlığında baş verdi, hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak oldu. Yanvarın 2-dən isə Xocalı şəhərinə elektrik enerjisinin verilişi dayanmışdı.

Həmin dövrdə Ermənistanın Qarabağla quru əlaqəsi yalnız Laçın dəhlizi vasitəsilə həyata keçirilirdi. Bölgənin tək hava limanı paytaxt Xankəndindən yeddi km məsafədə yerləşən, əhalisi təxminən 7 min nəfər olan Xocalı şəhər idi. Ermənistandakı yurd yerlərindən deportasiya edilən soydaşlarımızın bir hissəsinin Xocalıda yerləşdirilməsi və yeni tikinti işlərinin başlanması erməniləri narahat edirdi. Strateji əhəmiyyətli aeroportun ələ keçirilməsi də Ermənistana çox lazım idi. Üstəlik, Xocalıdan Xankəndinin hədəfə alınması düşməni bezdirmişdi. Ancaq Xocalı soyqırımının törədilməsində gerçək məqsədin nədən ibarət olduğunu illər sonra Xocalı soyqırımının canilərindən biri, eks-prezident Serj Sərkisyan etiraf etdi.

Beynəlxalq araşdırmaçı Toms de Vall “Qara Bağ” adlı kitabında Sərkisyanın etiraflarına geniş yer ayırıb. S.Sərkisyan deyib: “Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər. Bundan başqa, demək olar ki, Stepanakertin tam yaxınlığında yerləşən Xocalı sakinləri oranı atəşə tutdular. Amma zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə, sadəcə, zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”.

Azərbaycan dövləti Xocalı soyqırımının tanıdılması istiqamətində addımlar atmaqdadır. İndiyədək 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Sudan, Rumıniya parlamentləri, həmçinin ABŞ-ın 22 ştatı – Texas, Nyu-Cersi (2011-ci il), Corciya, Men (2012-ci il), Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Uest, Virciniya, Connektikut, Florida (2013-cü il), İndiana (2014-cü il), Arizona (2015-ci il) və s. Xocalı soyqırımını rəsmən tanıyıb.

Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluq Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar birgə bəyanat yayıblar. Bəyanatda bildirilib ki, sözügedən təcavüz zamanı mülki azərbaycanlı əhaliyə qarşı çoxsaylı müharibə, insanlıq əleyhinə cinayətlər o cümlədən, soyqırımı aktları törədildi və bu cinayətlərə görə məsuliyyəti məhz təcavüzkar tərəf olan Ermənistan Respublikası daşıyır: “Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırım Cinayətinin Qarşısının alınması və Cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və Digər Qəddar, Qeyri-insani, yaxud Ləyaqəti Alçaldan Davranış və Cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq Hüquqları haqqında Konvensiya və İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır”.

Sənəddə bildirilir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən aparılan istintaqla bir sıra hərbi qulluqçu və digər şəxslərin Xocalı soyqırımında iştirakı tam sübuta yetirilib və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımı, işgəncə, əhalini deportasiya etmə, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmağa və digər cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə müvafiq qərarlar çıxarılıb.

Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq zamanı 7000-ə yaxın istintaq hərəkəti icra edilmiş, o cümlədən 1771 şahid və 2699 zərərçəkmiş şəxs qismində olmaqla 4470 nəfər dindirilmiş, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilmiş, digər istintaq hərəkətləri icra edilmişdir.”

Erməni hərbçiləri, eləcə də Qarabağdakı separatçı rejimin ümumilikdə 305 nəfər Azərbaycana qarşı törətdikləri cinayətə görə İnterpol axtarışına verilib.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, burada ümumi işimizə mane olan amili nəzərə almaq lazımdır: “Xocalı soyqırımı beynəlxalq kriminal məhkəməsinin yaradılmasından əvvəl baş verib. Ona görə ona beynəlxalq məhkəmədə baxıla bilməz. Amma Xocalıda zərər çəkənlərin Avropa məhkəmələrinə kollektiv müraciətləri olsa, orada nə isə baş verə bilər. Hər halda, hüquqşünaslar məsələni ciddi araşdırmalıdır. Çünki aksiyalar hamısı lazımdır, beynəlxalq ictimaiyyətə həqiqət çatdırılmalıdır, amma hüquqi məcrada addım atılsa, daha yaxşıdır. Məsələn, ”Çıraqov və digərləri Ermənistana qarşı” işinə bənzər prosesə start verilə bilər”.

Rəsmi İrəvan həmin işlə bağlı qətnaməyə də əməl etmir. Bu mənada Xocalı ilə bağlı eyni vəziyyət təkrarlansa, sonda sanksiyalara start verilə bilərmi? T.Zülfüqarov: “Hüquqi qərar olanda təbii ki, bizim arqumentlərimiz də güclənir. Vaxtilə ingilislər tərəfindən çağırılan Malta tribunalında Ermənistanın iddiası əsasında saxta soyqırım tanınmayıb. Amma onlar buna məhəl qoymadan öz təbliğatını aparırlar. Bu baxımdan hüquqi qərar daha effektli ola bilər. Soyqırımı tanımaq üçün beynəlxalq tribunal olmalıdır və bu qərarın əsasında soyqırım tanınmalıdır. Məsələn, Nürnberqdə yəhudilərin soyqırımı beynəlxalq tribunal tərəfindən tanındı. Ruandadakı soyqırım Haaqa tribunalının qərarı əsasında tanındı. Belə bir tribunal vaxtilə Maltada, Britaniya tərəfindən təşkil olunub və ora Türkiyənin ora sürgün olunan hərbçi və dövlət xadimləri gətirilib. Tribunal onların işlərinə baxandan sonra bu şəxsləri sərbəst buraxıb. Yəni beynəlxalq tribunal bu soyqırımı tanımayıb. Amma indi Malta tribunalını rusdilli axtarış sistemində tapmaq mümkün deyil. Hansı ki, orada qəti qərar qəbul olunub ki, 1915-ci hadisələrində soyqırım əməlləri yoxdur. Lakin ermənilər buna məhəl qoymadan təbliğat aparırlar”. Eks-nazir qeyd etdi ki, bizim Xocalı ilə bağlı beynəlxalq tribunalı təşkil etməyimiz üçün hüquqi problemlər var: “Amma kriminal cinayətlərə öz məhkəmələrimizdə qiymət versək, ardınca beynəlxalq qurumlara müraciət etsək, bəlkə də qərarın qəbuluna nail ola bilərik. Amma bu, kollektiv müraciət olmalıdır. Yəni Xocalı soyqırımına məruz qalanların yaxınları kollektiv şəkildə Avropa Məhkəməsinə müraciət etməlidir”.

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button