Top.Mail.Ru
GÜNDƏM

87 kq-dan artıq narkotiki Azərbaycana keçirmək istədilər

Bu barədə Kaim.az a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Aprel ayının 25də saat 23:00 radələrində DSXnin Sərhəd Qoşunlarının Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 28 kiloqram 100 qram narkotik vasitə (10 kiloqram 350 qram heroin, 8 kiloqram 100 qram tiryək, 9 kiloqram 650 qram marixuana və 1000 ədəd Metadon M40 həbləri) aşkar olunaraq götürülüb.

Saytların yığılması Saytların yığılması

Aprel ayının 29da saat 00:05də Xidmətin Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində 99GE242 dövlət nömrə nişanlı Mercedes markalı avtomobilin ərazidən uzaqlaşması müşahidə edilib. Saat 00:25də həmin avtomobillə Lənkəran rayonu Səpnəkəran kəndi yaxınlığında ərazidən uzaqlaşmağa cəhd göstərən Lənkəran şəhər sakinləri 1965ci il təvəllüdlü Əsgərov Rəfael Əlövsət oğlu və onun oğlu 1991ci il təvəllüdlü Əsgərzadə Kənan Rafael oğlu saxlanılıb.

Avtomobilə baxış zamanı ümumi çəkisi 14 kq 670 qram narkotik vasitə (5 kiloqram 115 qram tiryək, 9 kiloqram 555 qram marixuana və 7000 ədəd Metadon M40 həbləri) aşkar edilib.

Aprel ayının 30da saat 17:10da DSXnin Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 2 kiloqram 470 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Aprel ayının 30da saat 22:20də Xidmətin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Çaxırlı kəndi yaxınlığında keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 600 qram narkotik vasitə (5 kiloqram 950 qram marixuana, 4 kiloqram 350 qram heroin, 300 qram metamfetamin) və 11758 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən (3480 ədəd pregabalin150 mg, 100 ədəd gabapentin, 5778 ədəd Metadon M40 və 2400 ədəd namadol) həblər aşkar olunaraq götürülüb.

Narkotik vasitələrin aşkar olunduğu ərazidən yaşayış kəndlərinə doğru qaçmağa nail olmuş 1 nəfər şübhəli şəxsin axtarışı aparılır.

May ayının 1də saat 04:25də Xidmətin Horadiz sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində 99KU990 dövlət nömrə nişanlı KİA markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən Bakı şəhər sakini 1979cu il təvəllüdlü Əliyev Murad Əkbər oğlu və Şərur rayon sakini 1983cü il təvəllüdlü Əsgərov Emin Xubeş oğlu saxlanılıb.

Avtomobilə baxış zamanı ümumi çəkisi 31 kiloqram 500 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyatistintaq tədbirləri davam etdirilir.
Kaim.az

Bənzər yazılar