Top.Mail.Ru
DÜNYA

SON DƏQİQƏ! İranın planının qarşısı belə alındı – MİT və MOSSAD-dan ŞOK ƏMƏLİYYAT

İranın İstanbulda israilli iş adamı Yair Gellerə sui-qəsd planlaşdırdığı xəbərindən sonra İsrail mediasından daha bir iddia gündəmə gəlib.

KAİM.az Teleqraf.com-a istinadən xəbər verir ki, “Kanal 12” telekanalı İsrail kəşfiyyatının (MOSSAD) son iki ildə Türkiyədə yaşayan israillilərə qarşı 12 hücumun qarşısını aldığını iddia edib.

Saytların yığılması Saytların yığılması

Məlumatda Türkiyə və İsrail arasında diplomatik münasibətlərin gərgin olmasına baxmayaraq, MOSSAD-la Milli Kəşfiyyat Təşkilatı (MİT) arasında son illərdə əlaqələrin gücləndiyi bildirilib. Məlumata görə, bu hücum planlarının əksəriyyəti İŞİD terror təşkilatı ilə bağlı olub və Türkiyədə yaşayan israilliləri hədəfə almaq məqsədi daşıyıb.

İranın nüvə proqramının memarı Möhsün Fəxrizadənin qisasını almaq üçün israilli iş adamı Yair Gellerin hədəfə alındığı sui-qəsd planının qarşısının da MİT-lə birlikdə alındığı deyilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir