Top.Mail.Ru
Uncategorized

Bu taksilər Bakı aeroportundan uzaqlaşdırıldı » DataLife Engine

Bu taksilər Bakı aeroportundan uzaqlaşdırıldı

Bu gündən Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətini yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Taksi Xidməti” MMC göstərir.

Unikal.org Nazirliyə istinadən xəbər verir ki, müştərilərin sifarişinin qəbulu üçün hava limanında məlumat stendi quraşdırlıb, taksilərin fəaliyyətinə nəzarət daha da gücləndirilib.

“Taxometer” cihazı vasitəsilə müştəri yalnız qət etdiyi məsafəyə uyğun ödəniş edir. Taksi xidməti sahəsində ilk dəfə olaraq “Bakı Taksi Xidməti”nin sürücüləri xüsusi uniforma ilə təmin olunub. Eyni zamanda, işə xüsusi təlim keçmiş və əcnəbi qonaqlarla rahat ünsiyyət qurmaq üçün dil bilgisi olan şəxslər qəbul olunur.

Yeni fəaliyyətə başlamış “1848” Çağrı mərkəzi taksi xidmətindən istifadəni daha da rahatlaşdıracaq.

SƏNUBƏRİN ƏMƏKDAR MÜƏLLİMƏ,QƏTİBƏ XANIMLA SƏMİMİ SÖHBƏTİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button