Top.Mail.Ru

Uncategorized

Kanada Ukraynaya humanitar yardım üçün daha 100 milyon dollar ayıracaq

Kanada hakimiyyəti Ukraynaya humanitar yardım göstərmək üçün daha 100 milyon dollar göndərəcək.

Bunu Kanadanın Baş naziri Castin Trüdo qaçqınlara kömək məqsədilə keçirilən “Ukrayna üçün ayağa qalx” xeyriyyə kampaniyasının nəticələri ilə bağlı konfransda bildirib.

“Biz daha 100 milyon dollar ayıracağıq. Beləliklə, ilin əvvəlindən Ukraynaya humanitar yardımın göstərilməsinə ümumi töhfəmiz 245 milyon dollar olacaq”, – Trüdo deyib.

Loading...
Yazının davamı reklamdan sonra

Baş nazir əlavə edib ki, Kanada Ukraynaya daha 345 minə yaxın zəruri əşya göndərəcək.

Qeyd edək ki, Ukraynadan olan qaçqınlara yardım aksiyası Avropa Komissiyası və Kanada hökumətinin təşəbbüsü ilə keçirilib.

Polşadakı Avropa Komissiyasının məlumatına görə, Ukrayna hadisələri ilə bağlı təxminən 12 milyon insanın köməyə ehtiyacı var.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button