Top.Mail.Ru
Uncategorized

Azərbaycanda yaşayış evindən əl qumbarası və partladıcı tapıldı Related News

Azərbaycanda yaşayış evindən əl qumbarası və partladıcı tapıldı

Bu gün Gədəbəy rayonu, Nizami küçəsi, ev 3-də 1 ədəd əl qumbarası tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidməti məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yaşayış evinin zirzəmisinə baxış keçirilib.

Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub.
Aşkar olunmuş əl qumbarasının ətrafında 25 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir