Top.Mail.Ru
MANŞET

Ermənistandan SÜRPRİZ MESAJ: Rusiya və İran Azərbaycanla ƏVƏZLƏNİR

Ermənistanın illik qaz istehlakı, təxminən 2.7 – 2.8 milyard kubmetrdir. 2023-cü ildə Rusiya Ermənistana 2.44 milyard kubmetr qaz satıb. Yəni, təqribən 85 faiz qaz tələbatını Rusiya ödəyib, yerdə qalan 15 faizə yaxın qazı isə İrandan alır.

KAİM.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Saytların yığılması Saytların yığılması

Onun sözlərinə görə, Ermənistanın bütün qaz infrastrukturu “Qazprom Ermənistan” şirkətinə məxsusdur, bu şirkətin 100 faiz səhmləri Rusiyanın “Qazprom” şirkətinə aiddir:

“Bundan başqa, Ermənistanın daxili qaz boru kəmərlərinin də sahibi Rusiyadır. Rusiya Ermənistana qazı hər 1000 kubmetr üçün 165 dollara satır, kifayət qədər ucuz qiymətdir. Amma burada başqa amil var: “Qazprom” şirkəti özünün sahibi olduğu “Qazprom Ermənistan”a qazı 165 dollara satır, həmin şirkət isə Ermənistanda əhali və sənayenin əsas təhcizatçısıdır. Yəni hər 1000 kubmetr üçün 165 dollar əhaliyə, sənayeyə satılan qiymət deyil.

“Qazprom Ermənistan” əhaliyə qazı təxminən ikiqat artıq qiymətə satır, yəni bütün infrastrukrur əlindədir deyə, “Qazprom” qazı topdan ucuz satır, amma pərakəndə qiyməti baha olduğu üçün əsas qazancını o sahədən götürür.

Rusiya Ermənistan üçün qaz qiymətlərini artırmağı düşünür, ona görə də İrəvan alternativ qaz mənbələri axtarır. İrandan çəkilən xətt çox kiçik diametrə malikdir deyə, tam gücü ilə işləsə, ilə maksimum 700-800 mmilyon kubmetr qaz tədarük edə bilər. Üstəgəl, İran qazı Ermənistana daha baha satır. Bu qaz da elektrik enerjisi istehsalı üçün istifadə edilir”.

Natiq Cəfərlinin fikrincə, bu kontekstdə Ermənistanın Azərbaycanda qaz almasına müsbət yanaşması maraqlı və doğru məsələdir:

“Azərbaycan çox rahat şəkildə (infrastruktur var, cari təmirə ehtiyac olacaq) Ermənistanı qazla təmin edə bilər. Ümumiyyətlə, Ermənistanla qarılıqlı asılılıq yaradacaq layihələr nə qədər çox olsa, bir o qədər yaxşıdır, dayanıqlı sülhə təminat verən məsələdir. Bunun üçün isə son günlər baş verən pozitiv hadisələrin, delimitasiya-demarkasiya işlərinin sürətlənməsi, sülh müqaviləsinin tezliklə bağlanması əsas şərtdir. İrəvanın Bakıdan enerji asılılığı həmin ölkənin gələcəkdə revanşist ideyalarının qarşısını kəsən sədd ola bilər.

Nəhayət, Ermənistan mifik ideyalardan əl çəkib reallığı qəbul etməli, “tarixi Ermənistan”ı unudub, real sərhədlərinin təminatı barədə düşünməlidir. Bunun üçün tarixi, unikal şans yaranıb”. //Teleqraf.com

Bənzər yazılar