Top.Mail.Ru
Uncategorized

Rəşt-Astara dəmir yolunun tikintisi üzrə İranla Rusiya arasında danışıqların son mərhələsi olacaq

“Rusiya Dəmir Yolları” ASC-nin nümayəndələri İrana səfər edəcək və Rəşt-Astara dəmir yolunun tikintisi istiqamətində danışıqların son mərhələsi aparılacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın yol və şəhərsalma naziri Mehrdad Bazarpaş deyib. 685 yeni vaqonun dəmir yolu idarəsinə təhvil verilməsi mərasimində çıxış edən nazir diqqətə çatdırıb ki, Rəşt-Astara dəmir yolunun tikintisinin davam etdirilməsi üçün dövlətlə yanaşı, özəl şirkətlər də investisiya yatıracaqlar.

Saytların yığılması Saytların yığılması

Nazir bildirib ki, cari ilin sonunadək Rəşt-Xəzər yolunun da istismara verilməsi nəzərdə tutulub.

“Xəzər dənizi ilə körfəzi birləşdirəcək Rəşt-Xəzər dəmir yolu idxal-ixrac əməliyyatları üçün əhəmiyyətlidir. Çabahar-Zahidan dəmir yolunun tikintisi də tamamlanmaq üzrədir. Bu yol gələcəkdə Rəşt-Xəzər və Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yoluna birləşərək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına təkan verəcək”, – deyə iranlı nazir vurğulayıb.

Bənzər yazılar