Top.Mail.Ru
bannerƏYALƏT

Astarada qanun tanımayan QARDAŞLAR: Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu-FOTO

Korona Virusun tüğyan etdiyi bir vaxtda, karantin qaydalarına məhəl qoymadan Astaranın  deputatı Rəşad Mahmudov və böyük qardaşı icra başcısının 1-ci müavini Allahverən Mahmudov 28 yanvar axşam saatlarında rayonun mənzərəli restoranlarından birində  yeyib – içib şəkil çəkdiriblər.
KAİM.az bildirir ki,  “ASTARA- ŞAHAĢACİ-AZƏRBAYCAN” qrupunda Rashad Madatov da həmin fotonu paylaşaraq ağır sözlərlə status yazıb.
O bildirib:
“1 -ci hörmətli deputat Rəşad Mahmudov 2-cisi deputatın böyük qardaşı və Astara İcra başcısının 1-ci müavini Allahverən Mahmuduv, başa düşdük qardaşdırlar yiyib icirlər və bu normaldır….. Mənə cox maraqlı olan budur ki, 3 cü nəfər olan tofiq , o tofiq ki Astara Rayon Şeyakaran və Şahaagac kəndlərini satan  məxluq bu 2 nəfərin yanında nə edir!!! bunlar o maşenika havadardırlar yoxsa !?!? Bütün Azerbaycan bilir ki bu tofiq mənə 250 min manatdan cox ziyan vurub amma bunlar o maşeniknən yeyib icirlər !!
Mən məcburam ki bu şəkili canab prezident İlham Əliyevə göndərim…daha başqa yolumuz qalmadı !!”
Astarada karantin qaydalarının deputat  Rəşad Mahmudov və  icra başcısının 1-ci müavini Allahverən Mahmudov tərəfindən pozulması, Azərbaycan Bayrağına hörmətsizlik sosial şəbəkə istifadəçilərini hiddətləndirib. Qardaşların belə bir hərəkəti pislənərək, onlar haqqında qanuni ölçü götürülməsi tələb edilib.
KAİM.az 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir