Top.Mail.Ru
ƏYALƏT

Qazaxın işğal altında olan 7 kəndi boşaldılacaq – AÇIQLAMA

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq Ermənistan ordusu dekabrın 1-də Laçından çıxarılıb. Bu gün hər kəsi maraqlandıran məsələ Qazaxın işğalda olan 7 kəndinin nə zaman boşaldılacağıdır.

Bununla bağlı KONKRET.az-a danışan deputat Aqil Abbas bildirib ki, Qazaxın işğalda altında olan torpaqlarının nə zaman qaytarılacağını dəqiq deyə bilmərəm: “Amma qaytarılacaq. Bu barədə deputatın və ya yazıçının fikir bildirməsi düzgün olmazdı, Noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyanatda Qazaxın işğal altında olan 7 kəndinin də boşaldılması məsələsi də var. Bu kəndlər də mütləq olaraq qaytarılacaq. Amma bunun nə zaman reallaşacağını dəqiq deyə bilmərəm”.

Saytların yığılması Saytların yığılması

Deputat  qeyd edib ki, azərbaycanlılar hansı rayondan çıxarılıbsa, yəni Xankəndindən, Xocalıdan, Xocavənddən və Ağdərənin kəndlərindən onların hər biri evlərinə geri qaytarılacaq: “Hazırda sülməramlılar oradadır. Bunun vaxtı da dəqiqləşdirilir. Bunun üçün də müəyyən işlər görülməlidir. İnfrastruktur bərpa olunmalıdır. Sülhməramlılar təhlükəsizliyin bərpa edilməsi istiqamətində müəyyən lazım olan işlər görməlidir. Bu gün vətəndaşlarımızı oraya daşısaq, yenidən xoşagəlməz hadisələr baş verə bilər. Sülhməramlılar orada vəziyyəti tənzimlədikdən sonra vətəndaşlarımız Xocalıya, Xankəndinə və Xocavəndə qaytarılacaq. Ermənilər bizimlə birgə yaşamağa qorxur. Bunu onların müsahibələrində də görmək olar. Deyirlər ki, sağ və solda Azərbaycan kəndləri olacaq. Qorxan onlardır. Azərbaycanlılar heç vaxt heç nədən qorxmayıb”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir