Top.Mail.Ru
MÜSAHİBƏ

TƏCİLİ! Brüssel sülh gündəliyi öz bəhrəsini VERİR – Mühüm müsbət NƏTİCƏ

Bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə üçtərəfli formatda keçirilən Brüssel görüşündə Azərbaycanın təklif etdiyi 5 təməl prinsipi əsasında Ermənistanla sülh sazişi layihəsinin hazırlanması və sentyabrda hər iki ölkənin xarici işlər nazirlərinin görüşərək ilkin mətn üzərində müzakirələrin təşkili haqqında razılığın əldə olunması gorüşün müsbət nəticəsi kimi qiymətləndirilməlidir.

KAİM.az xəbər verir ki, bunu Brüssel görüşünün nəticələrini şərh edən deputat Azay Quliyev bildirib.

Saytların yığılması Saytların yığılması

“Noyabr ayında əldə olunan nailiyyəti dəyərləndirmək və növbəti məsələləri müzakirə etmək üçün təkrar görüşün keçirilməsi haqqında qərarın verilməsi isə Brüssel danışıqlar formatının ən uğurlu və işlək format olduğunu bir daha nümayiş etdirdi”, – parlamentari vurğulayıb.

Onun sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, Azərbaycanın Prezidenti İlham Əliyevin müəyyən etdiyi Brüssel sülh gündəliyi və hər görüşdən öncə sülhə məcburetmə ilə bağlı gördüyü tədbirlər öz bəhrəsini verməkdə davam edir.

Xatırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

Bənzər yazılar