Top.Mail.Ru
MÜSAHİBƏ

Sülh olmadı, müharibə RİSKİ: Separatçılara 3 dəqiqəlik DƏQİQ ZƏRBƏ – MÜSAHİBƏ

– Müharibə riski hər an var. Ötən günlərdə Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutunyanın Fransa mətbuatına müsahibəsi, Fransa parlamentində arxayın şəkildə iştirakı, anti-Azərbaycan çıxışları, İran hökumətinin Azərbaycana qarşı olan mövqeyi və silah hədiyyə etməsi, Xankəndiyə iranlı təxribatçıların göndərilməsi kimi məsələlər müharibə riskini labüd edir. Bəzi dövlətlər sülhyaratma prosesi ilə məşğul olmaqdansa, əksinə separatçılığı təhrik edirlər. Sözsüz ki, bir çoxlarının Cənubi Qafqazda dövlət maraqları var. Hazırkı durum da bunun göstəricisidir. Həmin ölkələrin apardıqları siyasət, Cənubi Qafqazdakı proseslərə yanaşma, Ermənistanın sərgilədiyi davranış mühüm qarşıdurma ehtimallarını gücləndirir. Bununla Azərbaycan növbəti dəfə özünün “Dəmir yumruğu”nu işə salıb hərbi gücünü göstərəcək. Qarşı tərəf anlamalıdır ki, Qarabağdakı separatçılar güclü Azərbaycan ordusu tərəfindən cəmi 3 dəqiqə ərzində məhv edilə bilər. Dəqiq zərbələrlə ermənilərə məxsus yerüstü hədəflər sıradan çıxarılmaqla Azərbaycanın öz hədəflərinə nail olması mümkündür. Azərbaycan bunu havadan dəqiq zərbələr endirməklə asanlıqla və çox qısa zamanda icra edə bilər.

– Azərbaycana qarşı aparılan kanpaniyalar bu prosesə necə təsir edə bilər?

Saytların yığılması Saytların yığılması

– Azərbaycana qarşı Fransa kimi dövlətlərin qəbul etdiyi “sənəd”lərin heç bir mahiyyəti yoxdur. Fransa yaxşı olardı ki, Qoşulmama Hərəkatı və BMT qarşısındakı öhdəliklərini icra etməklə məşğul olsun. Digər ölkələr də öz daxili işlərinə daha çox zaman ayırsınlar. Təəsüf ki, Azərbaycanın sülh və ümumi Qafqaz evi planlarına qarşı əks mövqelər var. Bütün bunlar yekunda Ermənistanın dövlətçiliyini ciddi zərbə altında qoymuş olacaq. Ermənistan bu cür davranış sərgiləməyə davam etsə biz Ermənistan ərazisində olan qədim Azərbaycan torpaqlarını gündəmə gətirməliyik. Bu bizim üçün də bir nömrəli məsələ olmalıdır. Çünki hücum strategiyası onu ehtiva edir. Qərbi Zəngəzur və Göyçə mövzuları diplomtik, elmi və ictimai müzakirələrdə gündəmdə olmalıdır.

– N.Paşinyan Zəngəzurdan dəmir yolu xəttinin çəkilişi ilə bağlı işlərə hər an başlamağa hazır olduğunu açıqlayıb. Burada Rusiyanın ortaya qoyduğu mövqe prosesdə nə dərəcədə təsirli rola malikdir?

– Ermənistanın baş naziri hazırda imitasiya ilə məşğuldur. Əslində ona Rusiya ilə dəmir yolu xəttinin çəkilişi də lazım deyil. O Rusiya ilə Gürcüstandan savayı Azərbaycanla əlavə kommunikasiya çıxışında maraqlı görünümr. Ermənistan bunda maraqlı olsa da N.Paşinyanın niyyəti başqadır. O Ermənistanı mümkün qədər Rusiyadan qoparmağa çalışır. Bu baxımdan N.Paşinyan hazırda Fransa və İranın dediklərini edir. Əks təqdirdə 40 km-lik bir yolu açmaq elə də çətin olmazdı. Heç olmasa dəmir yolunun açılışına başlaya bilərdi. Sadəcə olaraq Rusiya ciddi şəkildə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının dalana dirənməsini istəyir. Çünki Rusiya Qarabağla bağlı planlarını gələcəyə saxladığını elan edib. Ona görə də, prosesi yumşaltmaq üçün Zəngəzur dəhlizinin açılmasını ilkin mərhələdə mümkün hesab edir.

– Bu dəhliz indiki şəraitdə Rusiya üçün nə dərəcədə vacib görünür?

– Zəngəzur dəhlizi ilə Rusiyanın Türkiyəyə, Cənuba, Hind okeanına Azərbaycan vasitəsi ilə çıxış əldə etməsi çox vacibdir. Ermənistana da bu məqsad üçün təzyiqlər edilir. N.Paşinyan əgər fikrində səmimi olsa dəmir və avtomobil yolu ilə bağlı qəti qərar verə bilər. Bununla da Mehri yolunun kənarından keçəcək yol açılar. Əslində Ermənistan üçün bunun heç bir maneçiliyi olmayacaq. Bu istiqamətdə heç bir bəhanəyə də yer yoxdur. Sözsüz ki, yolları kim açmaq istəmirsə bu onların problemidir. Azərbyacan üçün isə birinci əhəmiyyətli məsələlər var ki, bunların həlli üçün ciddi addımlar atılacaq.

Bənzər yazılar