Top.Mail.Ru
bannerDÜNYA

ÜST yeni NİPAH virusuna görə BEYNƏLXALQ ALARM VERDİ-“Pandemiya GÖZLƏNİLƏNDİR”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nipah virusunun (NiV) səbəb ola biləcəyi pandemiya ehtimalı barədə xəbərdarlıq edib.

KAİM.az xəbər verir ki, bu barədə “Rossiyskaya Qazeta” məlumat yayıb.

Saytların yığılması Saytların yığılması

Nipah virusu adını aldığı Nipah çayında (Malayziya) yaşayan donuzçuluqla məşğul olan fermerlər arasında təsbit edilib.

NiV insanlara xəstə donuzlarla təmasdan keçir.

Sürətli yoluxuculuq qabiliyyətinə malik virusdan ölüm nisbəti 40-75 faizdir.

Xəstəlik bəzən ölümcül ensefalitə səbəb olur, bəzən də simptomsuz davam edir.

Hələ ki, NiV-dən müalicə üçün dərman icad olunmayıb.

Qeyd edək ki, bu virus ilk dəfə 1999-cu ildə Malayziyada təsbit olunub. Təbiətdəki daşıyıcıları Cənubi Çin, Cənub-Şərqi Asiya, Yeni Qvineya və Avstraliyada geniş yayılmış meyvə yeyən uçan tülkülərdir (yarasa növü). Maraqlıdır ki, heyvanların özləri bundan xəstələnmirlər.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir