Top.Mail.Ru
ARAŞDIRMAbanner

Ağdamda “konsey” toplandı: Ziyafətdəki məmurlar müxalifətçi jurnalisti masanın başında oturdaraq ona itaət etdilər/FOTO

Jurnalist araşdırması hər zaman digər araşdıŕmaçı məsləklərlə müqayisədə bir addım öndə olub. Hər dövrdə və ən inkişaf etmiş dövlətlərdə belə, xəfiyyə fəaliyyətinə mükəlləf olan təşkilatlar daha çox əməkdaşlığa cəlb edəcək şəxslərin məhz peşə mənsublarımıza üstünlük vermələri onların təcrübəsində olub. Bu da həmin etibarlı şəxs statusu qazanmış şərti olaraq “Oryol”un hətta “şir” yuvasına belə, girmək bacarığı ilə özünü doğrultmaya bilmir.
Keçək direk mətləbə. Foto şəkildə üzlərini qapadığımız şəxslər(“lojalar”) Ağdam rayonunda olan vəzifəlilər və tanınmışlardır. Həmin foto Ağdam rayonun Imamqulubəyli kəndi yaxınlığında məşhur təpə deyilən ərazinin sağ cinahında meşəlikdə yerləşən bir restoranda, masa isə ağacların ən sıx hissəsinə,heç kimin görməyəcəyi yerə qoyularaq çəkilib. Tam dəqiq tarix belədir: 06 iyun 2023-cü il, saat 23 radələri. Belə ki, rayona gizli səfər etmiş, daha çox müxalifət yönümlülüyü ilə diqqət çəkən,daim hakimiyyət mənsubları əleyhinə yazılar verməklə tanınan jurnalist Elnur Vaqifoğlu həmin restorana dəvət alır. Orada ona yüksək səviyyədə servis xidməti belə, göstərilir. Qəribəsi odur ki, həmin servis xidmətini(masa qulluğunu) bizim də bildiyimiz, gördüyümüz kimi “ofisiyant”lar tərəfindən deyil, yerli dövlət məmurlarının etməsi təəccübümüzə səbəb olmaya bilməzdi. Məsələnin diqqətimizi çəkən final nöqtəsi isə bu görüşdən cəmisi 5 gün sonra həmin həmkarımızın Ağdam rayonu və onun rəhbərliyinin ünvanına son dərəcə kəskin tənqidi yazı verməsidir. Rayon rəhbərliyi əleyhinə bol kompramatla şəhərə qayıdan həmkarımız “Tender şahı” sərlövhəli həmin yazısında rayonun baş memarı Əbdüləli Mehdiyevin, bu yazı ilə dolayısı ilə Rayon Icra Hakimiyyəti başçısı Vaqif Həsənovun hədəf olaraq seçilməsi Ağdamda icra hakimiyyəti və eyni zamanda yerli məmurları arasında olan daxili ziddiyyətin təzahüri kimi də başa düşülə bilər. Masanın baş hissəsində oturdulmuş həmin müxalifətçi jurnalistdən fərqli olaraq, çiyinlərində böyük ulduzlar daşıyan, böyük rəis heyətində təmsil olunan vəzifəli şəxsin isə masanın “ayaq” hissəsində əyləşməsi də həmin müxalifətçi jurnalistə edilən itaətin tərkib hissəsi kimi də başa düşülə bilər.
Məlumatlı şəxsin bildirdiyinə görə, həmin içki, mey məclisindən əvvəl gizli toplantı olub və bir sıra hələlik sizlərə qaranlıq saxladığımız məsələlər ətrafında müzakirələr aparılmışdır. Həmin şəxslərin kimliyi və bu barədə daha ətraflı danışacağıq…
Onuda qeyd edək ki, məlum məclisdə olan rəis və yüksək vəzifəli şəxslərin icra başçısının əlyhinə təcili çağırdığları toplantıdan və ziyafətdə xatirə olsun deyə çəkdikləri fotoları üzü açıq  formada oxuculara təqdim etməyə çalışacağıq. Bizi izləyin…KAİM.az

Bənzər yazılar