Top.Mail.Ru
ARAŞDIRMAbanner

Cənubi Qafqazın “irinli yarası”, yaranı böyüdən “Fransa”, virusu və mikrobu Kərimli dərnəyi – ARAŞDIRMA

Cənubi Qafqazın üç ölkəsindən biri, geosiyasi və iqtisadi baxımdan ən önəmlisi olan Azərbaycana güc mərkəzlərinin baxışı təbii ki, öz maraqları çərçivəsindədir. Ermənistanın iyirmi yeddi illik işğalçı siyasəti dönəmində dünyanın, daha doğrusu özünü demokratiya beşiyi adlandıran Avropanın susqunluğu, işğalçı ölkəyə qarşı heç bir hüquqi iş görmədən yanaşması ədalətsizliyin bariz nümunəsidir.

Gürcüstan və Ermənistandan fərqli olaraq Azərbaycanın müsəlman ölkəsi olması bizi xaçlı imperialist güclərin təzyiq və əsassız ittihamları ilə üz-üzə qoymuşdur. Beləki, Fransanın ardınca Niderland və Belçikanın işğalçı Ermənistanı daha doğrusu terror mərkəzini dəstəkləmələri dünyada ikili standartların və “xaç himayədarlığının” varlığından xəbər verir. Hətta Fransa Ermənistan və Rusiyadan da önə çıxaraq qondarma Qarabağ respublikasını tanıyacağı ilə rəsmi Bakını təhdid edir. Fransa ATƏT adlı qurumun üzvü və Azərbaycanın ərazi bütövlüyünü tanıyan ölkədir.

Saytların yığılması Saytların yığılması

Qeyd etmək lazımdır ki, Sovetlər birliyi dağıldıqdan sonra öz müstəqilliyini elan edən Azərbaycanın ərazi bütövlüyünü BMT o cümlədən Fransa, Rusiya və digər ölkələr tanıdılar. Bəs indi nə oldu ki, bir çox ölkə Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir və yaxud şübhə altına alır?

Bu gün dünyada baş verən geosiyasi hadisələr fonunda demək olar ki, Avropa öz ənənəsinə , dəyərlərinə və tarixinə sadiq qalaraq müsəlman xalqları və ölkələri istismar edərək soyqırım siyasəti aparır. Azərbaycanın da qarşılaşdığı bu günkü problem bu mənbədən qaynaqlanır. Hər kəsə məlumdur ki, Amerika və Avropa birliyi Rusiyanı təqib və təzyiq altında saxlayır. Moskvanın Azərbaycana yanaşmasına gəldikdə isə hər kəs susur və ya həmrəylik nümayiş etdirilir. Necə ki, bu gün başda Fransa olmaqla, Belçika və Niderland Rusiyanın Cənubi Qafqaz siyasətini demək olar ki, dəstəkləyirlər.

Beynəlxalq hüququ tanımaq istəməyən Fransa, Əlcəzairdə törətdiyi soyqırımdan dolayı cəzalanmadığına görə bu gün işğalçı Ermənistana himayədarlıq edir. Eyni zamanda Makron hökuməti erməni daşnak terror təşkilatının əlində oyuncağa çevrilib. Daşnakların maliyyəsi və siyasi dəstəyi ilə hakimiyyətdə qalmağı hədəfləyən Makron hüququ tanımaz hala gəlmişdir. Süni yaradılmış Ermənistanın qonşularına qarşı torpaq iddiasına baxanda görürük ki, erməni ideoloqları və himayədarları region üçün irinli yaradır. Fransa isə bu yaranın böyüməsində bir növ virus rolunda çıxış edir.

Təəssüflər olsun ki, bu gün bir çoxu öz şəxsi ambisiyalarından çıxış edərək, hadisələrin fonuna don geyindirərək işğalçı Ermənistana və onun hamilərinə dəstək verir. Belə qruplardan biri də Əli Kərimli və onun girovuna çevrilmiş dərnəy üzvləridir. Özünü böyük diplomat adlandıran Arif Məmmədov, özünü dahi şəxsiyyət hesab edən Gültəkin Hacıbəyli, qəhrəman olduğunu fikirləşən Tofiq Yaqublu və digərlərinin hər gün ölkəmizə yağdırmadıqları şər-böhtan, dezinformasiya yoxdur.

Bu insanlar Azərbaycan dövlətinin qalibiyyətini, uğurunu qəbul edə bilmirlər. Çünki, hamiləri Fransa belə tələb edir. Fransa Azərbaycanın torpaq bütövlüyünü tanımamaqla, şəhidlərimizə , qazilərimizə ümumilikdə xalqımıza təhqir edir. Belə olduğu halda bu “xalq qəhrəmanları” necə Avropa haqlıdır deyib bağrırlar. Son günlər Əli Kərimli şəhid və qazilərimizi düşünürmüş kimi görsənərək çıxış edir, həmçinin müzəffər ordumuzun sosial problemlərini qabartmaqla xalq-dövlət həmrəyliyinə kölgə salmağa çalışır. Bax budur Kərimli və onun dərnəyinin mahiyyəti. Milli birliyə, həmrəyliyə zidd addımlar atan Kərimli öz xislətinə sadiq qalaraq fəsillərə uyğun ölkədə devrimdə bulunur.

Xatırlayırsınızsa cari ilin oktyabr ayı inqilab olmalı idi. İndi də payız inqilabından keçib yaz inqilabına. Mart da gəlirik deyir Əli Kərimli. Fəsilləri dəyişməklə daha doğrusu “Əli inqilabı”nın yerini dəyişməklə heçnə dəyişmir. Qazanan Kərimli ailəsi, itirən isə beyinləri zəhərlənmiş Kərimli dərnəyinin üzvləridir. Yəqin bir gün ayılarlar.

Kainat Analitik İnformasiya Mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir