Top.Mail.Ru
ARAŞDIRMAbanner

İki canavar və bir quzunun günorta yeməyini səsə qoyduğu “DEMOKRATİYA” – ARAŞDIRMA

Siyasi ekspert Kamal Əliyev

Amerikalı böyük filosof, yazar, diplomat Bencamin Franklin deyirdi ki, demokratiya iki canavar və bir quzunun yeməyi səsə qoymasıdır. Lakin Franklinə aid olan bu aforizmin ardı daha maraqlıdır. Bu baxımdan, mən bu cümlənin ingiliscə orginalını və daha sonra tərcüməsini yazıram;

– “Democrasy is two wolves and a lamb voting on what they are going to have for lunch”.

Saytların yığılması Saytların yığılması

-“Demokratiya iki canavar və bir quzunun günorta yeməyində nə yeyəcəklərini səsə qoymasıdır”.

Əslində, azadlıq bu səsverməyə etiraz edən tam təchizatlı və ya silahlı quzudur.

Qeyd edim ki, Bencamin Franklinin bu təsbitinin orginalı bir metafor olaraq ABŞ-a aiddir. Yəni, Franklinin “well-armed” sözü metafor kimi istifadə olunsa da, “literal” sözü həqiqət kimi ifadə olunur. Bu daha çox ABŞ-da hələ də diskurs mövzusu olan fərdi silahlanmanın təzahürüdür və 18-ci əsrdən indiyə qədər ABŞ-da “əbədi ordu” fikirinin hər iki tərəfi iti qılınc kimi görməsindən irəli gəlir. Həmin fikir xarici təhlükələrə qarşı qurulacaq müdafiə vasitələrinin eyni zamanda ölkə daxilində bir tiranlığın da vasitəsi olacağı tezisini möhkəmləndirir.

Benjamin Franklin

***

Belə ki, qul üsyanları və Amerikanın lokal əhalisi bir təhdid ünsürü görülərkən və əbədi orduya qarşı hakim olan münasibət məlum ikən, vətəndaşların lazım gəldikdə öz silahlı qüvvələrini qurmağa əsas verirdi.

Lakin ABŞ konstitusiyasının ikinci əlavəsində (second amendment) ştatların öz silahlı qüvvələrini qurma səlahiyyətlərinə müdaxilə etməsi əngəllənmişdir.

***

ABŞ-da fərdi silahlanmanın “haqq” olaraq qəbul edilməsi isə, daha sonra ortaya çıxan bir təhlildir. Düşüncəmi belə davam etdirim ki, demokratiyada çoxluğun müəyyən bir mərhələdə tiraniyaya dönüşməsi tezisi də mümkündür. Problem həm də odur ki, dünyada yüksələn bir populizm var bu riskin həyatı keçməsini də bəzən müşahidə edirik.

Liberal dəyərlər hazırda sağ populizmlə ciddi konfrantasiya içindədir. Populist siyasətçilər kütlələrin mental dəyərlərindən həyasızcasına istifadə etməkdədirlər.

Yuxarıda qeyd etdiyim quzu obrazı prinsipcə hüquq sisteminin azadlığıdır, ədalətdir. Hətta biraz da dərinə getsək, bu söz azadlığıdır, tənqid pedaqogikasıdır. Bu dəyərləri susduran avtoritar liderlər, tiranlar düşündükləri kimi liberalizmə deyil, elə birbaşa demokratiyaya zərər yetirirlər. Çünki, plüralizm olmayan yerdə heç vaxt demokratiya olmayacaq.

Nəticə olaraq onu vurğulamaq istərdim ki, Bencamin Franklinin yuxarıda göstərdiyim aforizmi populizmin rasionallığa üstün gəldiyi vaxtlarda hisslərimizə toxunmasıdır.

“Kainat” Analitik İnformasiya Mərkəzi / KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir