Top.Mail.Ru
bannerMÜSAHİBƏ

Qarabağdakı erməni çeteləri və Türkiyə-Ermənistan münasibətində PUTİNİN ŞOK HƏMLƏSİ-MÜSAHİBƏ

Qarabağın aqibətinin siyasi müstəvidə davam etməsi Ermənistan-Azərbaycan iqtisadi, siyasi əlaqələrinin gündəm məsələsinə çevrilməsinə səbəb oldu. Bu gün Azərbaycan xalqını narahat edən bir çox sual cavabsızdır. İctimai rəyi təkmilləşdirmək və düzgün nəticələrin hasil olmasına zəmin yaratmaq məqsədilə siyasi ekspert Kamal Əliyevlə maraqlı mövzular üzrə söhbət apardıq. KAİM.az olaraq Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Türkiyə ilə sərhədlərin açılması perspektivi və gündəmdə olan digər məsələlərlə bağlı ekspertin fikirlərini öyrəndik.

Həmin müsahibəni təqdim edirik:

Saytların yığılması Saytların yığılması
  • Kamal bəy, Ara Ayvazyanın Türkiyə ilə sərhədlərin açılmasının mümkünlüyü haqqında fikirlərinə münasibətiniz necədir?

Əvvala, gəlin Türkiyə və Ermənistan arasında sərhədlərin açılması perspektivi haqqında tarixə qısa ekskursiya edək. Yadınızdadırsa, 2009-cu ilin oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Türkiyə və Ermənistanın münasibətlərinin normallaşdırılması haqqında protokol imzalanmışdı. Məlum protokolda iki bənd əks olunmuşdu: diplomatik münasibətlərin təsis olunması və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi. Bilin ki, Türkiyə Ermənistanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Əgər diplomatik münasibətlər qarşılıqlı olaraq təsis olunsaydı, Ermənistan Türkiyənin ərazi bütövlüyünü dərhal tanıyacaqdı. O ki qaldı Sürix protokollarının ikinci bəndi olan ikitərəfli əlaqələrin inkişaf etdirilməsi bu, iqtisadi və kommunikasiya əlaqələrinin bərpa edilməsini özündə ehtiva edirdi.

  • Ancaq, Ermənistan daha sonra Sürix protokollarını parlamentdə ratifikasiya etməkdən imtina etdi.

Bəli, bu protokollar Ermənistan parlamentində ratifikasiya edilmədi. Daha sonra konstitusiya məhkəməsi də protokolları müzakirə etməkdən imtina etdi. Türkiyənin tələbləri o idi ki, Ermənistan qondarma soyqırım iddialarından əl çəkəcək, Türkiyəyə qarşı ərazi iddialarından vaz keçəcək, Azərbaycan və Naxçıvan arasında dəmiryolunun inşa edilməsinə razılıq verəcəkdi. Lakin, Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan 2015-ci ilin fevralında protokolları Ermənistan parlamentindən geri çəkdi. Sarkisyan daha sonra 2017-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının sessiyasında dedi ki, protokollarla bağlı irəliləyiş olmadığından proses dayandırılacaq. Dayandırıldı da.

  • Ancaq indiki xarici işlər naziri Ara Ayvazyan sərhədlərin açılmasının mümkünlüyündən danışır. Hətta, iki ölkə arasında bir müddətdir Qazaxıstanda danışıqların getdiyi də bildirilir.

Bilirsiniz, Ermənistanın hazırki vəziyyətdə başqa çarəsi qalmayıb. Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ilin aprelində Kəlbəcərin işğalına etiraz olaraq bağlamışdı. İndi Kəlbəcər işğaldan azad olunub. Digər tərəfdən, 10 noyabr razılaşmasının müddəalarından biri də Azərbaycan və Naxçıvan arasında nəqliyyat dəhlizinin bərpa edilməsidir. Az öncə qeyd etdiyim kimi, Sürix protokollarının bir şərti də Naxçıvana dəhlizin açılması idi. Paşinyan bunu da yerinə yetirməyə məcburdur. Belə olan təqdirdə, Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin yaradılmasının önündə elə bir ciddi maneə qalmır. Əlbəttə, bəzi texniki problemlər var, lakin onların həlli də çətin deyil.

  • Necə düşünürsünüz, Qərb və Ermənistanın ən böyük müttəfiqi Rusiyanın sərhəd mövzusuna əngəl yaratmaz mı? Yəni, ruslar Ermənistanın Türkiyədən iqtisadi asılılığına göz yumacaq?

Azərbaycanda həmişə qeyri-real bir düşüncə hakimdir ki, Rusiya Ermənistanın Türkiyə ilə yaxınlaşmasına imkan verməz. Bu, çox səhv yanaşmadır. Ermənistan adlı dövlət Rusiya üçün geosiyasi, geostrateji əhəmiyyət daşımaqla yanaşı həm də ağır bir yükdür. Sizə bir şeyi deyim. Rusları Qafqaza məktub yazaraq dəvət edən gürcülər olub. Ruslar gürcüləri çox sevirlər. Onlar gürcü musiqisinə, şərabına hətta mətbəxinə çox aşiqdirlər. Putin iqtidardan gedən kimi ruslarla gürcülər yenidən dost olacaqlar. Ermənistana gəldikdə isə, Rusiya müəyyən mənada bu yükdən qurtulmaq istəyir. Türkiyə ilə sərhədlər açılan kimi ermənilər dərhal gedib türklərin qulu olmayacaqlar. Bu millətin genetikasında türkfobiya var və bu o saat yox olmayacaq. Ara Ayvazyan da mənsub olduğu Paşinyan iqtidarının məqsədini dilə gətirib. Yenə deyirəm, ermənilər üçün hazırda ən optimal variant Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətləri qurmaqdır.

  • Sizcə, daşnakların və erməni diasporunun sərhədlərin açılmasına münasibəti pozitiv olacaq mı?

Yadınıza salım ki, Sürix protokollarının ən böyük əleyhdarlarından biri də erməni diasporu idi. Sarkisyan da erməni diasporundan və millətçi, şovinist daşnaklardan çəkinirdi. Gəlin görək ki, Paşinyanda bu necədir?

Paşinyan nisbətən liberaldır və qərbyönümlüdür. O, çox gözəl qavrayır ki, məhz daşnakların sayəsində erməni xalqı rəzil günə düşüb. Ermənilər nə vaxta qədər diasporanın, ayrı-ayrı erməni fondlarının hesabına yaşamalıdır. Demək istəyirəm ki, ermənilər azacıq da olsa rasional düşünə bilirlərsə, Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmalıdırlar. Ermənistan və ermənilərin potensialı məlumdur.

  • Son zamanlar Ermənistanın 10 noyabr sazişinə əməl etməməsi, hətta, revanşist əhval-ruhiyyədə olması haqqında danışılır. Bu, nə dərəcədə doğrudur?

Ermənistan məğlub olub və daxili auditoriyanı sakitləşdirmək üçün revanşist düşünmələri müəyyən qədər təbiidir. 20 noyabr razılaşması və Rusiyanın prosesdə təşəbbüsü ələ alması ermənilərə nəfəs verib. Ermənistan mətbuatından oxuyuram ki, bu ölkədə hərbi xidmətə çağırılanlar daha Dağlıq Qarabağa göndərilməyəcəklər. Bu halda Azərbaycan tərəfi əlində olan erməni əsirlərini hissə-hissə geri qaytaracaq. Görürəm ki, ermənilər bunu ehmalca qəbul ediblər. İkincisi, Dağlıq Qarabağ ərazisində qalan silahlı erməni çetelərinin tərksilah olunmasıdır. Madam ki, ərazidə rus sülhməramlıları var və onlar yerli ermənilərin təhlükəsizliyini qoruyurlar, o zaman silahlı ermənilərə ehtiyac qalmır. Şübhəsiz ki, silahlı ermənilərin Qarabağdan çıxarılması vaxt alacaq, ancaq bu, mütləq baş verəcək.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir