Top.Mail.Ru
CƏMİYYƏT

Aprel döyüşçüsü və Qarabağ qəhrəmanı-şəhid Ayxan Cəfərov

Şəhidlik Torpaq, Vətən böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban verməkdir.

Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz. Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı qanı ilə, canı ilə qazanmayan xalq kölə kimi  yaşamağa məcburdur.

Saytların yığılması Saytların yığılması

Vətən müharibəsinin 2783 hərbi qulluqçusu Qarabağ uğrunda qəhrəmancasına şəhid oldular.

Azərbaycan zəfər tarixinə adını əbədi yazan həmin cəsur igidlərdən biri də Aprel döyüşçüsü, İkinci Qarabağ müharibəsi şəhidi Ayxan Cəfərovdur. Cəfərov Ayxan Cəmalləddin oğlu 1996-ci ilin sentyabrın 6-da Cəlilabad rayonun Üç təpə kəndində anadan olub. Qəhrəman şəhidimiz 2015-ci ilin iyul ayında hərbi xidmətə çağırılır. Hərbi xidmətdə olduğu müddətdə kəşfiyyatçı ixtisası üzrə tam kurs keçir. Ayxan 2016-ci ildə aprel döyüşlərində də  iştirak edir. Hərbi xidməti başa çatdırdıqdan sonra ehtiyata buraxılır. 28 sentyabr cəbhədə yaranan vəziyyəti eşidən Ayxan Müdafiə Nazirliyinin səhifəsinə kəşfiyyatçı olduğunu döyüşlərdə iştirak etmək istədiyini yazır. 28 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağırılır. 29 sentyabr 2020-ci ildə  Ağcabədi korpusunda könüllülər dəstəsinə yazılaraq  Füzuli bölgəsində döyüşür. Füzuli döyüşlərində snayperçi kimi iştirak edən Ayxan Cəfərov 15 oktyabr 2020-ci ildə düşmənlə üzbə-üz döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 17 oktyabr 2020-ci ildə Cəlilabad rayounu Üçtəpə kəndində dəfn edilib.

Müharibəyə qatılmadan öncə Daxili İşlər Nazirliyinə müraciət edərək könüllülük istəyini bildirən qəhrəmanımızdan geriyə qalan qürurverici fotonu təqdim edirik.

Qanları ilə tarix yazan, 30 illə yaxın həsrətə son qoyan şəhidlərimiz Azərbaycan xalqının şanlı tarix səhifələrində qəhrəmancasına anılacaq, unudulmayacaqdır.

Allah Azərbaycan xalqının Qarabağ nisgilinə son qoyan cəsur igidlərə rəhmət eləsin!

Şəbnəm Zahir

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir