Top.Mail.Ru
CƏMİYYƏT

Bəzi xəstaxanalar operator kimi işə götürdükləri şəxsləri necə dolandırır? – KÜTLƏVİ ŞİKAYƏTLƏR ƏSASINDA

İş elanlarında tez-tez Sağlamlıq mərkəzlərinə operator xanım və bəylərin tələb olunması ilə bağlı vakansiyalara rast gəlirik. Heç bir təhsil, xarici dil biliyi tələb etmədən 4 saat iş aralığında 300-400 maaş veriləcəyini vəd edən bu mərkəzlərin əsl niyyəti isə başqadır.

Bakıda fəaliyyət göstərən gündən-günə çoxalan sağlamlıq mərkəzlərinin insanları dolandırması ilə bağlı saytımıza bir çox şikayət daxil olub.

Saytların yığılması Saytların yığılması

Şikayətçilər qeyd edirlər ki, Sağlamlıq Mərkəzinə operator işi üçün müraciət ediblər, ilk gündən hər kəsdən müqavilə üçün 15 manat pul alınır. İlk gündən işçidən pulun nə üçün alındığına heç bir tutarlı cavab verilmir.

Kaim.az həmin şikayətçilərin fikirlərini təqdim edir:

“Sağlamlıq mərkəzlərinə işləməyə getməyin, mənim 2 diplomum var. İş üçün müraciət etmişdim. Operator işi adı ilə 10-15 qızı yığırlar bir yerə. 15 dəqiqə yemək vaxtı verirlər. Ən azı 15 gün içində 150 pasiyent gətirməlisən ki, 5 manat versinlər. Əvvəlcədən ödəniş alıb, maaş və bonus veriləcəyini deyirlər, sağlamlıq mərkəzləri operator iş elanları adı altında insanları tələyə salır”

Başqa bir şikayətçi isə City Hospitalda bir ay müddətində işləməyinə baxmayaraq maaş vermədiyini deyir.

“ Baku City” Hospitalın ofisində işləmişəm. 1 aya 9 adam gətirdim, çıxanda heç bir qəpikdə vermədilər”

“Əsasən 20 yanvarda məşhurdu belə mərkəzlər, içəri girirsən bilinmir həkim kimdi, işçi kimdir. 20-25 nəfərin əlinə nömrələr verirlər ki, gün ərzində insanlara zəng edib endrimli müayinələrdən xəbər versinlər, hamısı dolandırıcıdır”

“Nəsimi bazarı yaxınlığında yerləşən Sağlam Həyat Klinikasına operator vakansiyası üçün getmişdim. İçəridə məndən əlavə 20 dən çox gənc vardı. Hamısı eyni iş üçün gəlmişdilər, iş saatını 10:00-14:00, 14:00- 16:00 aralığında idi. Mənə rəhbərlik edən xanım şəxsiyyət vəsiqəmi və 15 manat pul aldıqdan sonra işimizin ancaq zəng edib məlumat verməkdən ibarət olduğunu dedi.

Oranı tərk etdikdən sonra bizə həmin sağlamlıq mərkəzinin dolandırıcı olduğu deyildi. Pulumuzun qaytarılmasını tələb etsək də bunun mümkün olmadığını dedilər”

Sosial şəbəkələrdə yayılan çoxsaylı narazılıqlar isə öz bəhrəsini verməyib. Onlar təkidlə məsələnin işıqlandırılmasını və araşdırılmasını tələb edirlər. Bununla bağlı adıçəkilən xəstəxanalarla əlaqə saxlayıb məlumat əldə etmək istəsəkdə suallarımız cavabsız qaldı.

Şəbnəm Zahir

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir