Top.Mail.Ru
CƏMİYYƏT

Daha bir təşkilatdan Kəlbəcərdə baş vermiş dəhşətli hadisə ilə bağlı dünya ictimaiyyətinə MÜRACİƏT

Diasporla İş üzrə Dövlət Komitəsindən KAİM.az-a verilən məlumata görə, İspaniya Azərbaycanlıları Birliyi 4 iyun 2021-ci il tarixdə Kəlbəcərdə baş vermiş dəhşətli hadisə ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Təşkilatın sədri Vahid İmanov bildirib ki, bəyanatda Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olmasına, 4 nəfərin yaralanmasına diqqət cəlb edilib.

Saytların yığılması Saytların yığılması

Bəyanatda baş verən dəhşətli hadisə Ermənistanın beynəlxalq konvensiyalara məhəl qoymamasının, mina xəritələrini Azərbaycana təhvil verməməklə regionda qarşıdurma yaratmasının acı nəticəsi kimi qiymətləndirilib.
İspaniya Azərbaycanlıları Birliyi beynəlxalq ictimaiyyəti Ermənistanın yolverilməz davranışlarına biganə qalmamağa, mina xəritələrini Azərbaycana təhvil verməsini, beynəlxalq hüquqla müəyyən olunan öhdəliklərə əməl etməsini tələb etməyə çağırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir