Top.Mail.Ru
CƏMİYYƏT

Ermənistan Müdafiə Nazirliyi Xocavənd istiqamətində məğlubiyyətin anonsunu verdi

Ermənistanın Müdafiə Nazirliyi Qarabağdakı döyüşlərin 35-ci günü ilə bağlı maraqlı açıqlama yayıb.

Musavat.com erməni mediasına istinadən bu barədə xəbər verir. Nazirliyin sözçüsü Artsrun Ovannisyan deyib ki, Azərbaycan ordusu cəbhənin mərkəzi istiqamətindəki mövqelərini qismən yaxşılaşdırıb.  

Saytların yığılması Saytların yığılması

O deyib ki, bu gün səhərdən Azərbaycan ordusu bütün cəbhə boyunca hücum əməliyyatlarını davam etdirib.

“Döyüşlərin intensivliyi çox böyük deyildi, ancaq düşmən aktiv şəkildə hücum edirdi”,-deyən A.Ovannisyan bildirib ki, xüsusilə də mərkəzi istiqamətdən düşmən erməni mövqelərnə böyük piyada qüvvələri, zirehli texnika və artilleriya ilə hücum edib. Ermənistan MN rəsmisi etiraf edib ki, hücum əməliyyatı nəticəsində Azərbaycan Silahlı Qüvvələri müəyyən mövqe dəyişiklikləri, uğurlar əldə etməyi bacarıb. Ovannisyan iddia edib ki, Azərbaycan ordusu Xocavəndi atəşə tutub.

O, hazırda döyüşlərin davam etdiyini, ancaq intensivliyin aşağı düşdüyünü də qeyd edib. Erməni sözçü həmçinin iddia edib ki, cənub və cənub-şərq istiqamətdən ermənilər üstünlük əldə ediblər.

Ermənistan təmsilçisinin bu açıqlaması Azərbaycan ordusunun növbəti böyük qələbəsinin anonsu da sayıla bilər. Adətən, düşmən ölkə erməni xalqında təşviş yaranmaması üçün Azərbaycan ordusunun uğurlarını ehtiyatlı şəkildə etiraf edir.

Azərbaycan tərəfdən rəsmi açıqlamanı gözləyək!

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir