Top.Mail.Ru
CƏMİYYƏT

ETİRAZ: Oxçuçay fəlakəti ilə əlaqədar soydaşlarımız beynəlxalq təşkilatlara MÜRACİƏT EDİB

Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova ölkəmizin Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib.

DİN Mətbuat Xidmətindən KAİM.az-a məlumata görə müraciətdə bildirilib ki, Finlandiyada yaşayan azərbaycanlı icmasını Oxçuçay fəlakəti çox narahat edir: “Azərbaycanlı əsilli fin kimi Sizdən kömək istəyirəm. Söhbət Almaniyanın “Cronimet” şirkətindən gedir. Bu şirkət ətraf mühitin qorunması üzrə tədbirlər görməli və həyata keçirdiyi ekoloji cinayətlərə son qoymalıdır”.
Ermənistanın Zəngəzur mis-molibden kombinatının ilkin təmizləmə işləri aparmadan istehsalat tullantılarını birbaşa çaya buraxdığı, ekoloji standartlara riayət etmədiyi, bu kombinatın səhmlərinin böyük hissəsinin Almaniyanın “Cronimet” şirkətinə məxsus olduğu, Ermənistan tərəfinin bu problemin mövcudluğunu etiraf etdiyi vurğulanıb.

Saytların yığılması Saytların yığılması

Soydaşımız xatırladıb ki, söhbət hər birimizin evi olan planetimizdən və gələcək nəsillərin sağlamlığından getdiyindən beynəlxalq ictimaiyyət və təşkilatlar dərhal məsələyə müdaxilə etməli və qətiyyətli addımlar atmalıdır.
Qeyd edək ki, Ülviyyə Cabbarova bu problemin müzakirə olunması məqsədilə “Cronimet” şirkətinin Finlandiyadakı nümayəndəliyinə də müraciət ünvanlayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir