Top.Mail.Ru
CƏMİYYƏT

İspaniyadakı diaspor fəalımız yerli mətbuata müsahibə verib

İspaniya mediasında Vətən müharibəsi başa çatdıqdan sonra Dağlıq Qarabağda baş verən hadisələrdən bəhs edən məqalə dərc olunub.

KAİM.az xəbər verir ki, ölkənin www.tuvozenpinares.com xəbər portalına müsahibəsində azərbaycanlı icmanın fəalı Cəmil Quliyev bildirib ki, 10 noyabr tarixli üçtərəfli sülh bəyannaməsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Xocavənd rayonundakı Hadrut şəhərinin şimal-qərb hissəsindəki meşəlik ərazidə qalan erməni silahlı dəstələrinin törətdiyi təxribatların qarşısını almaq üçün Azərbaycan tərəfi antiterror əməliyyatı keçirmək məcburiyyətində qalıb və onların ərazidən çıxarılması üçün şərait yaradıb.

Saytların yığılması Saytların yığılması

Rusiya Federasiyasının sülhməramlı qüvvələri də atəşkəsin qorunması və guya “yoxa çıxan” erməni hərbçilərinin ərazidən çıxarılması üçün onlara həvalə olunmuş vəzifələri məsuliyyətlə və yüksək səviyyədə yerinə yetiriblər. Odur ki, bəzi erməni liderləri və erməni KİV-lərinin bu cür hallara görə Rusiya sülhməramlılarına və Azərbaycan tərəfinə qarşı əsassız ittihamlar səsləndirməsi həqiqətə uyğun deyil və qəbuledilməzdir.

Turizm sahəsində mütəxəssis olan C.Quliyev qeyd edib ki, belə təxribatlar bölgədə normal həyatın və turizmin bərpasına əngəllər törədir. Çünki hazırda Azərbaycan dövləti erməni vandalizmi nəticəsində dağıdılmış şəhərlərinin yenidən qurulması istiqamətində iri miqyaslı işlər həyata keçirməyə hazırlaşır. Təbii ki, təhlükəsizlik tədbirləri və infrastruktur işləri başa çatdıqdan sonra bölgənin türizm potensialının dirçəldilməsindən danışmaq olar.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir