Top.Mail.Ru
CƏMİYYƏT

Jurnalistin oğluna “qız” deyən müəllim CƏZALANDIRILDI

Paytaxtdakı 116 nömrəli tam orta məktəbdə şagirdin saçının uzun olduğuna görə müəllimin ona irad bildirməsi səbəbindən yaranmış anlaşılmazlıqla bağlı məktəbdən valideynlə əlaqə saxlanılıb və yaranmış anlaşılmazlığa aydınlıq gətirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, daha sonra məktəb rəhbərliyi tərəfindən qeyd olunan müəllimə töhmət verilib.

Saytların yığılması Saytların yığılması

Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsindən valideyn ilə əlaqə saxlanılıb.

Valideyn vaxt məhdudiyyəti olduğuna görə ona uyğun vaxtda BŞTİ-nin nümayəndələri ilə birgə məktəbdə olacağını bildirib. Bu görüşdə anlaşılmazlığa səbəb olan məsələnin bir daha müzakirə olunacağı valideynin nəzərinə çatdırılıb.

Xatırladaq ki, bu barədə jurnalist Röya Rəfili məlumat yaymışdı. Qeyd etmişdi ki, sinif rəhbəri oğlunu sinifdə qız kimi təqdim edib: “Müəllim sinifdə deyib ki, tanış olun, uşaqlar, sinfimizə yeni qız gəlib…” Oğlum deyib ki, “Mən qız deyiləm, oğlanam”. Bundan sonra sinifdəki reaksiyanı təsəvvür edirsiz? Müəllimə də gülüb”.

Sinif rəhbəri Yeganə Qasımova uşağı sinifdə təqdim etdikdən on beş dəqiqə sonra isə ona yaxınlaşaraq deyib ki, saçını kəsdirməlidir:

“Tez kəs, qurtul ondan. O nə saçdır, saxlayırsan?!”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir