Top.Mail.Ru
CƏMİYYƏT

Mədət Quliyevin Serbiyanın “Yugoimport” Müdafiə Sənayesi Kompleksinin rəhbəri ilə görüşü baş tutub

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyətinin iştirak etdiyi Serbiya Respublikasının Belqrad şəhərində keçirilən “Partner-2021” Silah və Hərbi Texnika Sərgisi davam edir.

Sərginin ikinci günündə Serbiya Respublikasının prezidenti Aleksandr Vuçiçin iştirakı ilə açılış mərasimi baş tutub. Açılış mərasimindən sonra Mədət Quliyev “Yugoimport” Müdafiə Sənayesi Kompleksinin rəhbəri cənab Yuqoslav Petkoviç ilə görüşüb. Görüşdə hər iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Saytların yığılması Saytların yığılması

Qeyd edək ki, “Partner-2021” Silah və Hərbi Texnika Sərgisi iki ildən bir Serbiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Sərgidə dünyanın müxtəlif ölkələrindən olan silah və hərbi texnika, artilleriya və raket kompleksi, müasir atıcı silahlar, döyüş sursatları, zirehli texnika, təyyarələr, xüsusi mühafizə vasitələri, müxtəlif növ trenajorlar və s. nümayiş etdirilir.

“Partner-2021” Silah və Hərbi Texnika Sərgisi öz işini oktyabrın 14-dək davam etdirəcək.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir