Top.Mail.Ru
CƏMİYYƏT

Niderland Krallığında yaşayan soydaşlarımız etiraz aksiyası keçiriblər – HAQLI MÖVQEYƏ ÇAĞIRIŞ

Niderland Krallığında yaşayan soydaşlarımız və fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, eləcə də türk icmasının nümayəndələri Fransa Senatında və Belçika Parlamentində qondarma Dağlıq Qarabağ Respublikasının tanınması istiqamətində qəbul edilmiş qətnamələrə etiraz olaraq aksiya keçiriblər.

KAİM.az xəbər verir ki, aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Fransa, erməni terrorunu dəstəkləməyi dayandır!” kimi şüarlar səsləndiriblər. Etiraz aksiyasında Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin başqanı İlhan Aşkın, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva, BAK-ın əlaqələndiricisi Lamiyə Babayeva çıxış edərək Fransa və Belçikanı haqlı mövqe sərgiləməyə, eləcə də terroru və separatçılığı dəstəkləməməyə çağırıblar.

Saytların yığılması Saytların yığılması

Sonda diaspor fəalı Şamil Mustafayev çıxış edərək Azərbaycan diasporu tərəfindən hazırlanan etiraz məktubunun Fransa səfirliyinə təqdim ediləcəyini bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir