Top.Mail.Ru
CƏMİYYƏT

Ölkəmiz Praqadakı mədəniyyətlərarası festivalda TƏMSİL OLUNUB

Praqada yerləşən Beynəlxalq Təbiət Dostları təşkilatının könüllüsü Xədicə Əliyevanın təşəbbüsü və Çexiyadakı Azərbaycan icmasının təşkilatçılığı ilə ölkəmiz Çex Respublikasında keçirilən XV “RefuFest” mədəniyyətlərarası festivalında təmsil olunub.

KAİM.az xəbər verir ki, müxtəlif xalqlarının mədəniyyətlərinin, adət-ənənələrinin və milli mətbəxlərinin təbliği məqsədilə təşkil edilən festivalda Azərbaycanla yanaşı, Belarus, Ekvador, Qvatemala, İtaliya, Kolumbiya, Qırğızıstan, Meksika, Almaniya, Pakistan, Fələstin, Slovakiya, Suriya, Rusiya Federasiyasının Tatarıstan və Çeçenistan Respublikaları, Ukrayna, Vyetnam və digər ölkələrin nümayəndələri iştirak ediblər.

Saytların yığılması Saytların yığılması

Azərbaycan guşəsində ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı və mətbəxi ilə bağlı ingilis və çex dillərində kitablar, suvenirlər nümayiş etdirilib, milli mətbəx nümunələri təqdim olunub. Milli geyimdə ziyarətçiləri qarşılayan azərbaycanlı gənclər qonaqlara Azərbaycan mədəniyyəti və mətbəxi barədə ingilis, rus və çex dillərində ətraflı məlumat veriblər, “Sarı gəlin” xalq mahnısını ifa ediblər.

Qonaqlar Azərbaycan guşəsi ilə tanışlıqdan məmnun qaldıqlarını bildiriblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir