Top.Mail.Ru
CƏMİYYƏT

Osterveyk şəhər meri Respublika Günü münasibətilə xalqımızı təbrik edib

Niderland Krallığının Osterveyk şəhərinin meri Hans Janssen 28 may – Respublika Gününün 103-cü ildönümü münasibətilə xalqımıza müraciət edib.

Merin Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımova ünvanladığı məktubda bildirib ki, Azərbaycan Demokratik Cümhuriyyətinin 103-cü ildönümü COVID-19 pandemiyası səbəbindən çox çətin dövrə təsadüf edib, halbuki bu tarixi gün təntənəli şəkildə bayram edilməyə layiqdir.

Saytların yığılması Saytların yığılması

Mer Osterveyk şəhərinin fəxri vətəndaşı Məmməd Məmmədovu xatırladaraq bildirib ki, azərbaycanlı qəhrəman həm doğulduğu, həm də yaşadığı ölkələri əziz tuturdu və dünya vətəndaşına çevrilməyi bacarmışdı.

Mer xalqımızı və AAK üzvlərini bu tarixi gün münasibətilə təbrik edib, ölkəmizə çiçəklənməyi və tezliklə pandemiyanı arxada qoymağı arzulayıb.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir