Top.Mail.Ru
CƏMİYYƏT

“Qələbə paradı yaddaşlardan silinməyəcək” -HƏRBİ EKSPERT

“Bu, tariximizdə böyük hadisədir. Azərbaycan var olduqca, həmin hərbi parad yaddaşlardan silinməyəcək. Xalqımız öz ordusu ilə daim fəxr edəcək”.

Bu sözləri Redaktor.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. O bildirib ki, qalib ordunun əsgəri olaraq bundan sonra xidmətə gedəcək əsgərlər böyük şərəf hissi keçirəcək:

Saytların yığılması Saytların yığılması

“Bu paradda iştirak edən şəxslərin xələfləri də onlarla fəxr edəcək. Qələbə paradında Azərbaycan Ordusunun qənimət kimi əldə etdiyi hərbi avadanlıqlar nümayiş etdiriləcək. Bununla yanaşı, ordunun öz hərbi qüdrətini göstərmək üçün bu imkandan bir daha istifadə ediləcək.

Azərbaycan Ordusunun silah texnika parkında mövcud olan bütün avadanlıqlar da bu paradda olacaq. Bura zirehli texnikalar, pilotsuz uçuş aparatları, artilleriya qurğuları, raket sistemləri, reaktiv yaylım atəş sistemləri daxildir. Ən əsası da hərbi əməliyyatlarda fərqlənən hərbi qulluqçularımız, qalib Azərbaycan əsgərləri, düşmənin müdafiə xəttini yaran hərbçilərimiz şərəflə, qürurla bu meydandan keçəcəklər. Azərbaycan xalqının, ürəyi Azərbaycanla döyünən hər bir kəsin fəxarətlə izləyəcəyi bir hərbi parad olacaq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir