Top.Mail.Ru
bannerCƏMİYYƏT

SON DƏQİQƏ: “Şənbə və Bazar fasiləsinə Cümə günüdə əlavə edilsin”

Azərbaycanda COVID-19 virusuna yoluxanlar və infeksiyadan ölənlərin sayında ciddi artım davam edir.

KAİM.az bildirir ki, pandemiya dövründə bir çox tədbirlər görülsə də, koronavirusun yayılmasının qarşısını almaq mümkün olmayıb.

Saytların yığılması Saytların yığılması

COVID-19 virusu təkcə Azərbaycanda deyil, həm qonşu ölkələrdə, həm də dünyanın əksər ölkələrində ciddi problemlər yaradıb. Koronavirusla mübarizə çərçivəsində ölkələr müxtəlif karantin tədbirləri görür və qadağalar qoyurlar.

Azərbaycanda koronavirusla mübarizə üçün karantin rejimi hələ də davam edir, həftəsonları isə qadağalar bir qədər sərtləşdirilir. Son rəqəmlərin yüksək olması ölkəmizdə əlavə tədbirlərin görülməsi ehtimalını gündəmə gətirib.

Azərbaycanda koronavirusla mübarizə üçün şənbə və bazar günləri tətbiq olunan karantin rejiminə cümə gününün də daxil edilməsi təkliflər arasındadır. Belə ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin fikrincə, 3 günlük sistemə keçilməlidir: “Sərtləşdirici addımlara mütləq getməliyik. İş yerlərinin yüngül qrafikə keçməsi, məhdud sayda işləməsi, onlayn rejimdə işləməyə üstünlük verilməsi vacibdir.

Şənbə və bazar günlərinə cümə günü də əlavə oluna bilər. Mən istərdim ki, 3 günlük lokdauna keçək və bütün sahələrdə iş faliyyətini dayandıraq”.
Kənan

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir