Top.Mail.Ru
CƏMİYYƏT

Şotlandiyada yaşayan azərbaycanlı yüksək mükafata LAYİQ GÖRÜLÜB – FOTO

Şotlandiyanın Aberden şəhərində yaşayan gənc soydaşımız Aliyə Orucova Aberden Beynəlxalq Məktəbinin “Academic Excellence” mükafatına layiq görülüb.

KAİM.az xəbər verir ki, mürəkkəb proqramın tədris olunduğu yuxarı sinifdə təhsil alan yeganə azərbaycanlı olan Aliyə Orucova bu mükafata bütün fənlər üzrə yüksək qiymət aldığına və riyaziyyatın öyrənilməsində irəliləyiş əldə etdiyinə görə layiq görülüb.

Saytların yığılması Saytların yığılması

Qeyd edək ki, bu, Aliyə Orucovanın yeganə uğuru deyil. İlin əvvəlində o, məktəbli həmkarı Eloiza Reydlə birlikdə Şotlandiyanın rəqəmsal texnologiyalar sektorundakı gender bərabərliyinə həsr olunmuş milli müsabiqədə qalib gəlib. “ADA festivalı” XIX əsrin ilk riyaziyyatçılarından olan Ada Lavleysə həsr olunub və informatika təhsili sahəsində gender bərabərsizliyinin aradan qaldırılmasına yönəldilib.

Xatırladaq ki, Aliyə Orucova rəssam soydaşımız Leyla Orucovanın qızıdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir