Top.Mail.Ru
CƏMİYYƏT

Ukrayna millətvəkili: “Rusiyanın olduğu hər yerdə problem yaşanır”

Ukrayna millətvəkili Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu və müharibəni dayandırmaq üçün Ermənistanın geri çəkməli olduğunu söyləyib.

 

Saytların yığılması Saytların yığılması

Kaim.az xəbər verir ki, Ukrayna Milli Məclisinin deputatı Rüstəm Umərov Ukraynanın Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını deyib. Millətvəkili Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, Krımı Ukraynanın bir hissəsi tanıdığı kimi onların da Qarabağı Azərbaycanın bir parçası kimi tanıdıqlarını deyib.

Umərov, Sovet İttifaqının dağılmasından sonra başlayan Qara dəniz, Azov dənizi və Qafqaz bölgəsində “dondurulmuş” təhlükəsizlik problemlərindən bəhs edərək, burada Azərbaycan və Ukrayna arasında yaxın əməkdaşlıq olduğunu bildirib.

Rüstəm Umərov dondurulmuş problemlərin Azərbaycan, Ukrayna, Gürcüstan, Maldova üçün ortaq problemlər olduğunu vurğulayaraq : “ Bu dondurulmuş problemlər birbaşa və ya dolayı yolla Rusiyanın bölgəyə və ölkələrin daxili işlərinə qarışmasından qaynaqlanır. Rusiya harada iştirak edirsə, orda problem də var. Burada ümumi səbəb Rusiyadır.” – deyib.

 

Şəbnəm Zahir

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir