Top.Mail.Ru
CƏMİYYƏT

Xarkovun yeni Qubernatoru Azərbaycanın fəxri konsulu ilə görüşüb

Xarkov Vilayət Dövlət Adminstrasiyası rəhbəri Oleq Sinequbovun dəvəti ilə Azərbaycanın Xarkov şəhərində fəxri konsulu ilə görüş keçirilib. Oleq Sinequbov görüşdə Azərbaycanı yaxından izlədiyini,və münasibətlərin dərinləşdirilməsinin vacibliyini qeyd edib. Xüsusi olaraq Xarkov vilayətinin Azərbaycanın regionları ilə əlaqələrin dərinləşdirilməsində maraqlı olduğunu və bu əlaəqlərin dərinləşdirilməsi üçün hər cür dəstək göstərməyə hazır olduğunu vurğulayıb. Oleq Sinequbov xüsusən neft-kimya, aqrar və təhsil sahələrində əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Azərbaycanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov iki ölkə arasında mədəni və iqtisadi sahədə əlaqələrin dərinləşdirilməsi prespektivlərindən danışdı. Qeyd etdi ki, Azərbaycanda yüksək keyfiyyətli məhsullar istehsal edilir ki, onların Xarkov bazarında güclü rəqabət imkanları mövcuddur. Fəxri konsulluq iki ölkənin iş adamları arasında effektiv əlaqələrin qurulması və idxal-ixracın genişləndirilməsi üçün dəstək göstərir.

Saytların yığılması Saytların yığılması

Fəxri konsul Azərbaycan ərazilərinin 30 illik işğaldan azad edilməsinin yeni prespektiv imkanlar açdığını və bu imkanların Ukraynalı iş adamlarına təqdimat edilməsi üçün konsulluğun həyata keçirdiyi tədbirlər haqqında məlumat verildi.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir