Top.Mail.Ru
DİNİ XRONİKA

Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Saqlamheyat.az-a verilən məlumata görə, sentyabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz  28-33, Bakıda gecə 19-21, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 758 mm civə sütunu olacaq, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz  təşkil edəcək.

Saytların yığılması Saytların yığılması

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.
Sentyabrın 6-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,  lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-22, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz  21-26 dərəcə  isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə isə sentyabrın 6-da Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir