Top.Mail.Ru
DÜNYA

Anasının cəsədini 10 il dərin dondurucuda saxladı – AĞLASIĞMAZ SƏBƏB

Yaponiyanın paytaxtı Tokioda ağıllara durğunluq gətirən bir hadisə baş verib. Ölən anasının cansız bədənini 10 il dərin dondurucuda saxlayan oğul hadisənin ortaya çıxmasından sonra həbs edilib.
Moderator.az xəbər verir ki, baş verən hadisə yaşadığı evin kirayə pulunu ödəyə bilməyən 48 yaşlı adamın evi tərk etməsindən sonra ortaya çıxıb.
Polisə “Evdən köçmək istəmədiyim üçün saxladım”şəklində ifadə verən şəxs anasının 10 il əvvəl evdə dünyasını dəyişdiyini etiraf edib.
Aparılan istintaq çərçivəsində donmuş cəsəddə heç bir zorakılıq izinə rast gəlinmədiyi və ölüm səbəbinin hələlik dəqiq ortaya çıxarılmadığı bildirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir