Top.Mail.Ru
DÜNYA

DİQQƏT! Qonşu ölkədə də koronavirusun “Britaniya ştammı” tapıldı-EHTİYATLI OLUN

İranda da koronavirusun mutasiya etmiş və daha sürətli yayılan yeni növü tapılıb.

“Anadolu” Agentlyinin məlumatına görə, bu barədə İran Səhiyyə naziri Səid Nemeki dövlət televiziyasında bəyan edib.

Saytların yığılması Saytların yığılması

Onun sözlərinə görə, virusun yeni növü Britaniyadan ölkəsinə qayıdan İran vətəndaşında aşkarlanıb.

Nemeki xəstəxanada karantinə alınan xəstənin səhhətinin yaxşı olduğunu və yaxınlarında heç bir yoluxma müəyyən olunmadığını vurğulayıb.

Qeyd edək ki, Britaniyada koronavirusun mutasiyaya uğramış variantının yayılması ilə əlaqədar İran dekabrın 21-dən bu ölkəyə uçuşları iki həftə müddətinə dayandırmışdı. Bazar günü bu qadağa yanvarın 19-na qədər uzadılıb.

Qeyd edək ki, koronavirusun yeni ştammı ilk dəfə Britaniyada aşkarlanıb. Daha əvvəl Türkiyədə, Çində, Almaniyada, İsveçrədə, Nigeriyada, Kanadada, İtaliyada, ABŞ-da və digər ölkələrdə də koronavirusun Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.

“Britaniya ştammı” 70 faiz daha yoluxucudur, buna görə də daha təhlükəli sayılır.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir