Top.Mail.Ru
DÜNYA

Soydaşlarımız Oxçuçay fəlakəti barəsində petisiya ilə ÇIXIŞ EDİBLƏR

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mehriban Ovçuyevanın təşəbbüsü ilə https://agir.greenvoice.fr portalında Oxçuçayın ekoloji fəlakətdən qorunması çağırışı ilə petisiyaya start verilib.

KAİM.az xəbər verir ki, petisiyada Oxçuçayın Azərbaycanın Zəngilan rayonundan keçdiyi və Araz çayına töküldüyü, torpaqlarımız işğaldan azad ediləndən sonra aparılan monitorinq zamanı çayın Ermənistan və Almaniya şirkətlərinə məxsus mədən müəssisələri tərəfindən iri miqyasda çirkləndirməyə məruz qaldığı bildirilib. Qeyd edilib ki, Araz çayı Azərbaycanın böyük ərazisi üçün əhəmiyyətli su mənbəyi hesab olunur və çayın təhlükəli maddələrlə çirklənməsi bölgənin faunası, florası və əhalisi üçün ekoloji fəlakətə çevrilə bilər.

Saytların yığılması Saytların yığılması

Petisiya müəllifi Ermənistanın məsuliyyətli ölkə kimi davranması, Oxçuçayın çirklənməsinin qarşısının alınması, məhv edilmiş ekosistemin bərpa olunması naminə Fransa ictimaiyyətini və beynəlxalq birliyi qətiyyətli addımlar atmağa çağırıb.

Bura daxil olmaqla petisiyaya qoşulmaq mümkündür.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir